Yuxarı

Türkiyədə çevrilişin baş tutmamasında 3 vacib – Məqam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə hərbi çevriliş cəhdi bu ölkənin üzərində necə vahiməli oyunların oynandığını bir daha üzə çıxardı.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O, qeyd edib ki, Türkiyə siyasi tarixində baş tutmayan ikinci açıq çevriliş cəhdi ənənəvi üsulla ölkənin xarici siyasətini və regionun geosiyasi mənzərəsini dəyişməyə hədəflənib:

"Şübhəsiz ki, bu siyasi dəyişiklik bütünlükdə Yaxın Şərqdə ciddi və heç də xoş olmayacaq proselərə təkan verəcəkdi. Çevrilişə cəhdin zamanlaması diqqət çəkir. Türkiyə son bir ayda xarici siyasətində ciddi dəyişikliklər etdi. İsraillə Roma anlaşmasının ardından, Rusiya ilə münasibətlərin normallaşması bütün region üçün təsiredici gücə malikdir. Türkiyənin bu uğurlu həmlələrinin ardınca İstanbulda cəmi 2 həftə əvvəl törədilən qanlı terrordan sonra çevriliş ssenarisinin işə düşməsi düymənin ölkədən kənarda basılması ehtimalının çox yüksək olduğunu göstərir".

Analitik bildirib ki, belə bir cəhdin təşkil olunması Ərdoğanın prezident üsul-idarəsinə gedən yolunu açmaqla ordunun nüfuzunu zəiflədəcək:

"Baş verənlərin qəribə bir ssenari üzrə getməsi belə şübhələrə yol açdı ki, çevrilişə cəhd bir quramadır və əslində, başqanlıq sisteminə keçidin tam zəmanət altına alınmasına hesablanıb. AKP rəhbərliyinin belə bir təhlükəli oyuna gedəcəyinə inanmıram. Bəli, Ərdoğan riski sevən siyasətçidir və ona hər kəsin birmənalı olmayan münasibətindən asılı olmayaraq, faktdır ki, məhz xarizması və riskli davranışları ilə 14 ildir Türkiyə tarixində bir siyasi partiyanı təkbaşına iqtidar edir. Əslində, proselərin miqyası, həbslərin sayı bunun imitasiya olmadığını göstərir".

V.Zifəroğlu çevrilişin baş tutmasına mane olan 3 vacib məqam da qeyd edib:

"1. Ordu tam olaraq bu çevrilişin içində deyildi. Bunu üç önəmli fakt sübut edir: TSQ-nin Baş Qərargah rəisi Hulusi Akarın girov götürülməsi və Baş Qərargahın rəis əvəzi, ordu generalı Ümid Dündarın çevrilişə cəhd edənlərin kiçik bir qrupu təmsil etmələri ilə bağlı açıqlaması, eləcə də bu cəhdin tarixində bundan əvvəlkilərə oxşamaması. Üçüncü çox önəmli faktordr. Bütün ordunun hədəf olaraq göstərilməsi Türkiyədə parçalanmaya təkan verə bilər.

2. Müxalif partiyalar birmənalı şəkildə siyasi birlik nümayiş etdirdilər və siyasi, ideoloji baxışlarından asılı olmayaraq, hər kəs bu cəhdi pisləyərək qarşı mövqe sərgilədilər. CHP və MHP-nin eyni mövqe sərgiləməsi, heç də bütün ordunun bu çevrilişdə iştirak etmədiyini ortaya qoyur.

3. Media dəstəyi. Dünənki hadisələr bir daha sübut etdi ki, media son dərəcə ciddi bir gücdür və IV hakimiyyət kimin arxasındadırsa, o, qalib olacaq. Hətta Ərdoğanın belə xalqı meydanlara səsləmək məqsədi ilə indiyədək hər zaman əleyhinə olduğu sosial media alətlərindən istifadə etməsinin özü düşündürücüdür".

Analitik baş verənlərin yaxın gələcəkdə yol açacağı nəticələrdən də bəhs edib:

"Unutmayaq ki, bu gün AKP iqtidarı ilə düşmən mövqedə olan camaatın Türkiyədə mövqelərinin daha güclənməsi elə AKP iqtidarı dövründə oldu. Uzun zaman "Ərgənəkon", "Balyoz" və s. bu kimi qondarma əməliyyatlarla ordunun zəiflədilməsi, nüfuzdan salınması məhz bu dönəmlərdə baş verib".

Qeyd edək ki, iyulun15-də qardaş Türkiyədə bir qrup hərbçi tərəfindən dövlət çevrilişinə cəhd edilsə də, bunun qarşısı alınıb.

Tarix
2016.07.17 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

COP29-da tarixi qərar qəbul olundu

COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla