Yuxarı

Çeçen döyüşçülərə daha bir Azərbaycan zabit qoşuldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çeçen döyüşçülərə daha bir Azərbaycan zabit qoşuldu

"Cövhər Dudayev" sülhməramlı dəstəsinə daxil olan daha bir azərbaycanlının adı bəlli olub.

"Axar.az" xəbər verir ki, bu barədə informasiyanı çeçen mücahidlərinə yaxın saytlar yazıb. Məlumatda Ukraynada Rusiya qoşunlarına qarşı vuruşmaqdan ötrü yaradılan "Cövhər Dudayev" dəstəsinə Azərbaycan ordusunun keçmiş zabiti, "Bozqurd" dəstəsinin rəhbəri Nürəddin İsmayılovun da qatıldığı bildirilir. Nürəddin İsmayılovla yanaşı Ukraynada yaşayan çeçenlərin də dəstəyə qoşulmaq istədikləri deyilib. Dəstənin komandiri briqada generalı İsa Munayev artıq elektron poçtlarına 346 müraciətin qəbul olunduğunu bəyan edib.

Qeyd edək ki, Nurəddin İsmayılov Millətçi Demokrat Partiyasının üzvüdür və "Nurəddin Xoca" imzası ilə mediada da çıxış edir.

Tarix
2014.03.07 / 12:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla