Yuxarı

Avstriyada Kamal Abdullanın “Yarımçıq əlyazma”sı təqdim edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın Qrats şəhərində yazıçı Kamal Abdullanın alman dilinə tərcümə olunmuş "Yarımçıq əlyazma" romanının təqdimatı olub. Qrats Karl Frants Universitetinin Alman dili və ədəbiyyatı institutunun təşkilatçılığı ilə keçirilmiş tədbir həmin universitetin "Dradivaberl" adlı kitab evində reallaşdırılıb.

Tədbiri giriş sözü ilə açan Qrats Universitetinin Alman dili və Ədəbiyyatı İnstitutunun rəhbəri, professor Paul Portmann-Tselikas müəllif barədə məlumat verib, onu müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, tanınmış ədəbi tənqidçi, ədəbiyyatşünas, dilşünas və mədəniyyətşünas alim kimi səciyyələndirib.

Qeyd edilib ki, yazıçının bu əsəri indiyədək ingilis, rus, ərəb, fransız, türk, qazax, portuqal və digər dillərə tərcümə edilərək, ABŞ, Rusiya, Misir, Fransa, Polşa, Qazaxıstan, Braziliya və s. ölkələrdə çap edilib və Qoldeqq nəşriyyatında Aygün Mehbalıyevanın tərcüməsində işıq üzü görən bu roman yazıçının alman dilli məkanda ilk debütü sayılır.

Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartmann romanın əsas mövzusu, onun aid olduğu tarixi dövrlər, Azərbaycanda cərəyan edən hadisələrdən bəhs etmiş, yazıçının əsərin ana qayəsini təşkil edən tarixi şəxsiyyətlər və hadisələrə yanaşma tərzi, onları öz dili ilə ifadə üslubu barədə danışıb. O, eyni zamanda bu əsərdə əksini tapan və alman ədəbiyyatının önəmli əsərlərindən biri "Nibelunqlar nəğməsi" və "Kitabi Dədə Qorqud" arasında səsləşən məqamlara da toxunub.

Almaniyanın Maynts Universitetinin professoru, "Kitabi Dədə Qorqud" dastanının XX əsrdə alman dilinə son tərcüməçisi, tanınmış türkoloq alim Hendrik Boeshotten romandakı Dədə Qorqud və Şah İsmayıl Xətai personajların reallıqla uzlaşan məqamlarına toxunub.

Tədbirdə çıxış edən Kamal Abdulla kitabın alman dilində ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirıb, bu əsərin səs və sözə böyük qiymət verilən Avstriyada nəşr olunmasına görə məmnunluğunu ifadə edib. Müəllif qeyd edib ki, bu romanın dünyanın müxtəlif ölkələrində oxucular tərəfindən Azərbaycan ədəbiyyatının bir nümunəsi kimi maraqla qarşılanması və həmin əsərdə Azərbaycanın görkəmli şəxsiyyətlərindən və tariximizin önəmli dövrlərindən bəhs olunması onun üçün xüsusi əhəmiyyət daşıyır.

Romanın tərcüməçisi Aygün Mehbalıyeva əsərin alman dilinə tərcüməsi ilə bağlı özünəməxsus məqamlara toxunub, tərcümə zamanı orijinalın keyfiyyətlərini qorumaqla Dədə Qorqud, Şah İsmayıl və müasir dövrlərə xas dil üslubuna xüsusi diqqət yetirildiyini bildirib.

Sonra Azərbaycan və alman dillərində romandan parçalar oxunub.

Sonda müəllif oxucuları maraqlandıran sualları cavablandırmış, əsərin ədəbi-bədii keyfiyyətləri ilə bağlı diskussiya aparılıb.

Tarix
2013.11.22 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla