Yuxarı

SOS: Apteklərdə zəhərli uşaq dərmanı satılır - Foto

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOS: Apteklərdə zəhərli uşaq dərmanı satılır - Foto

Sentyabr ayında zərurətdən uşaq xəstxanalarının birinə müraciət etdik. Orada olarkən bir ananın iki aylıq körpəsini təlaşla həkimə çatdırdığının şahidi oldum. Körpə dərmandan zəhərlənmişdi. Həkimlərin səyi nəticəsində onu xilas etmək mümkün oldu. Məlum oldu ki, aptekdəki "ağıllı" əczaçı həkimin təyin etdiyi dərmanların əvəzində səhvən başqasını verib. Sir-sifətindən uşağa oxşayan ana da diqqət etmədən həmin dərmanları körpəyə verib və uşaq zəhərlənib.

Ötən gün isə az qala biz bu hala düşəcəkdik. Həkimin məsləhəti və resepti ilə Zabrat qəsəbəsində Babək küçəsindəki aptekdən balıq yağı tərkibli "Krilom" adlı dərman aldıq. Səhərisi gün dərmanı ölçü qaşığına tökəndə tam həll olmadığını gördüm. Bundan əvvəl isə dərmanın qablaşdırmasından, üzərindəki yazılardan şübhələnmişdim. Çünki əvvəl aldığım eyniadlı dərmanın qabı və içərinisdəki dərman tam fərqli idi. Elə qiymətləri də.

Adətən, uşaqlar üçün hazırlanan balıq yağlarının dadını dəyişdirirlər. Sözügedən dərmanda isə bu yaddan çıxmışdı. Üstəlik, tərkibi və qablaşdırılması da şübhəli idi. Buna görə də preparatın ağzını bağlayıb zibil qabına atmaq qərarından son anda daşındım.

Bu hallar ilk olmadığı kimi yəqin son da olmayacaq. Digər uşaqların da zərər görməsinin qarşısını almaq məqsədilə həmin aptekə üz tutduq. Məqsədimız dərmanı geri qaytarıb satışdan yığışdırılmasına nail olmaq idi. Ancaq satıcı (ona əczaçı deməyə dilim gəlmir) bizi borclu çıxarmağa cəhd elədi. Aptek sahibi ilə danışmağımıza da şərait yaratmadı.

Bu hadisə dərmanların keyfiyyəti və satışına nəzarətin hansı səviyyədə olması, eləcə də əczaçılıq sektorunda kadr və peşəkarlıq məsələləri barədə xeyli suallar yaradır. Söhbət insan taleyindən getdiyinə görə mütəxəssislərin və rəsmi orqanların buna reaksiyası çox vacibdir.

Məsələni diqqətdə saxlamağa və həmin dərmanın analiz edilməsinə çalışacağıq.

Tarix
2014.12.13 / 11:04
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla