Yuxarı

Bülbüloğlu və Dadaşova Gürcüstandan - Təklif

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bülbüloğlu və Dadaşova Gürcüstandan - Təklif

Filmdə insanın xoşbəxtliyi harada tapması çox maraqlıdır.

Bu sözləri aktyor, şoumen Murad Dadaşov Gürcüstanda çəkiləcəyi film haqqında Axar.az-a danışarkən deyib:

"Gürcüstanda filmə çəkilmək dəvəti almışam. Robinzon Kruzonun yeni variantı çəkilir. Amma iş cədvəlimlə bağlı hələ ki çəkilişlərə başlaya bilməmişəm. Filmi gürcü rejissor Georgi çəkir. Xoşbəxtlik dəyərlərindən bəhs edən bu film komediya janrında olacaq.

Filmdə müğənni Manana Çaparidze, Azərbaycanın xalq artisti, fövqəladə səfir olan Polad Bülbüloğlu da çəkiləcək. Eyni zamanda Gürcüstanın ulduzlarından Vaxtanq Kikabidze və digər tanınmış aktyorlar da filmdə rol alacaq.

Filmin əsas məzmunu ondan ibarətdir ki, insan daim xoşbəxtlik axtarır. Filmin sonunda insanın xoşbəxtliyi harada tapması da çox maraqlıdır. Mənə elə gəlir, filmin çəkilişi iki aya yekunlaşar. Rəng korreksiyası və digər işlər xaricdə olmalıdır. Premyera isə yeni ilə qədər Bakıda keçirilə bilər".

Tarix
2015.09.10 / 09:27
Müəllif
Nigar An
Digər xəbərlər

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla