Yuxarı

“Kremldən ermənilərə məhz bu cür izah verirlər...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kremldən ermənilərə məhz bu cür izah verirlər...”

Avropada qoşunların saxlanılmasına dair kvotanı çoxdan pozan Rusiya indi Ermənistan vasitəsi ilə bunu pərdələməyə çalışır.

Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli açıqlama verib. Sabiq dövlət müşaviri Rusiyanın getdikcə Cənubi Qafqaz üçün böyük təhlükəyə çevrildiyini deyib:

"Regionun hərbiləşdirilməsi də Rusiyanın əli ilə həyata keçirilir. Rusiyanın bu bölgədə bir missiyasi var: Cənubi Qafqazı daim maraq dairəsində saxlamaq və Qərbin bu regiona nüfuz etməsinə imkan verməmək. Bir müddət öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbəri belə bir bəyanat verdi ki, Gümrüdəki 102-ci hərbi baza regionda sabitliyi qorumağa xidmət edir. Bu, sadəcə, çox uğursuz bir bəyanatdır. Ermənistanın sürətlə silahlandırılması həm bölgədə Rusiyanın maraqları naminə həyata keçirilir, həm də Türkiyə ilə ehtimal edilən münaqişədə bu ölkəyə qarşı istifadə etmək üçün nəzərdə tutulub. Kremldən ermənilərə də məhz bu cür izahat verirlər ki, Moskva İrəvanı qərbdə Türkiyədən, şərqdə isə Azərbaycandan qoruyur".

Politoloq Ermənistanda yerləşdirilən silahlı qüvvələrin Yaxın Şərqə istiqamətlənməsinə də toxunub: "Əgər bu bölgədə hava hücumundan müdafiə sistemi qurulursa, deməli, o ad altında eyni zamanda, müxtəlif raket kompleksləri də yerləşdirilir. Məqsəd isə Suriya, İraq və digər bölgələri çox asanlıqla hədəfə almaqdır. Rusiya silahlı qüvvələrinin ən böyük dəstələrinin məhz bu bölgədə yerləşdirilməsinin əsas səbəbi budur".

Tarix
2016.02.16 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla