Yuxarı

41 yaşlı yeni nazirimiz - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Kənd Təsərrüfatı naziri vəzifəsinə İnam İmdad oğlu Kərimovu layiq görüb.

Axar.az xəbər verir ki, İnam Kərimov prezidentin sərəncamı ilə yeni nazir təyin edilib.

İnam Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar Fənlər Gimnaziyasında təhsil alıb. 1994-1995-ci illərdə ABŞ-ın İndiana ştatında "Richmond High School"da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sarbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.

2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.

Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

"Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanı ilə tərkibi təsdiq edilən Azərbaycan Respublikası Turizm Şurasının üzvüdür.

"Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə tərkibi təsdiq edilən Komissiyanın üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1984 nömrəli Sərəncamı ilə tərkibi təsdiq edilən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının üzvüdür.

Sarbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb.

İngilis, fransız, fars və rus dillərini bilir.

Evlidir, iki övladı var.

Qeyd edək ki, buna qədər Kənd Təsərrüfatı naziri Heydər Əsədov idi.

Tarix
2018.04.21 / 19:01
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bayramov İsrailin yeni səfiri ilə görüşdü

TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto

Prezident Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Rusiya hücumu: Kiyevdə Azərbaycan Evinə ziyan dəydi - Foto

Dünyanı çox ciddi fəlakətlər gözləyir – Ekstrasens

Rusiyadan şok: Paşinyan devriləcək, Bakı ilə yeni müharibə...

Azİİ eybəcər səslənir, çürük imperiya yaddaşıdır – Rüstəmxanlı

Putin azərbaycanlı qəhrəmanı təltif etdi

Rəsmi Bakıdan TASS-a xəbərdarlıq: Üzr istəməsə...

Xankəndidə Ayvazovskinin büstünün sökülməsi… - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla