Yuxarı

Azərbaycanın ilk qadın heykəltəraşı – 105 yaş

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın ilk qadın heykəltəraşı – 105 yaş

O, 1912-ci il oktyabr ayının 14-də Dərbənd şəhərində anadan olub. Azərbaycanın məşhur balıq sənayeçisi, dövlət xadimi Həmdulla Abdullayevin qızıdır. Atası “xalq düşməni” adı ilə güllələndikdən sonra anası ilə birlikdə Qazaxıstana sürgün edilir. Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyarkən “Tutu xanım” və “Həsən bəy Zərdabi” kimi əsərlər yaradır. Daha sonra Bakıya qayıdıb Rəssamlıq Texnikumunda dərs deyir.

Kult.az xəbər verir ki, bu gün Azərbaycanın dəzgah heykəltəraşlığı sahəsi üzrə ilk ali təhsilli heykəltəraş qadını olan Həyat Abdullayevanın 105 yaşı tamam olur. Onun ilk əl işi “Gənc oğlan“ın portretidir. 1950-ci ildən heykəl portretlərin, monumentlərin və kiçik formalı plastik əsərlərin – “Ana” (1955), “Yeddi gözəl” (1957) heykəlcikləri, “Həcər” (1959), “Gənclik” (1960), “Lay-lay” (1963) heykəl-kompozisiyaların, Molla Pənah Vaqifin abidəsi (1957), “İki qız” (1967), “Vəcihə Səmədovanın portreti” (1970), “Sənsiz” (1972) , “Şah İsmayıl”, “Natəvan” və s. müəllifidir.

1950-ci ildə Nizami Gəncəvinin “7 gözəl“ əsərinin motivləri əsasında işlədiyi kompozisiya (farfor) tətbiqi sənət sahəsində ən baxımlı işlərdən biridir.

M.F.Axundov adına Milli Kitabxananın fasadında qoyulmuş Sovet ədəbiyyatının banisi Maksim Qorkinin heykəlini də o yaradıb.

Qeyd edək ki, görkəmli heykəltəraş Həyat Abdullayeva 1964-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 2006-cı il aprel ayının 21-də Bakıda vəfat edib.

Tarix
2017.10.14 / 23:58
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla