Yuxarı

Lütfi Zadənin alim və qumarbaz oğlu – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur azərbaycanlı, qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi, ABŞ-ın Kaliforniya ştatındakı Berkli Universitetinin fəxri professoru Lütfi Zadə (Lütfəli Rəhim oğlu Əsgərzadə) bu il 95 illik yubileyini qeyd edib.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, Lütfi Zadə Bakıda anadan olub, 16 saylı məktəbə gedib.

Lakin 9 yaşında olanda ailəsi İrana köçüb. Sonralar o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsində təhsil alıb və 1944-cü ildə həmişəlik ABŞ-a gedib.

O, 1948-ci ildə Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyyəsilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gedib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və bu günə qədər də Berkli Universitetinin professoru olaraq qalır.

Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran kəşfi isə elmdə inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Bu nəzəriyyə riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açıb.

Hazırda Yaponiyanın "Mitsubişi", "Toşiba", "Soni", "Kanon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto ve videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – "Honda" mükafatı ilə təltif olunub.

Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib.

Lütfi Zadə bir çox xarici ölkə akademiyasının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Hətta onun adına Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılıb.

***

Lütfi Zadə yəhudi əsilli Fey xanımla ailə qurub. Fey xanım Lütfi Zadə ilə həyatlarının müxtəlif dönəmlərinə dair maraqlı xatirələrdən bəhs edən "Qeyri-səlis məntiqin atası ilə mənim həyatım və səyahətlər" adlı kitab yazıb. Bu kitabda Lütfi Zadənin mənəvi keyfiyyətlərindən, şəxsi həyatından geniş bəhs olunur.

Lütfi Zadənin 2 övladı dünyaya gəlib: Stella Zadə və Norman Zadə.

Qızı Stella 2006-cı ildə 59 yaşında vəfat edib.

Dünyaca məşhur alimin oğlu Norman Zadə isə 1950-ci ildə doğulub, hazırda 66 yaşı var. O da atası kimi ABŞ-da kifayət qədər tanınır. Norman Zadə əvvəllər atasının işlədiyi yerdə - Kaliforniyanın Berkli Universitetində professor kimi çalışıb, eyni zamanda Stenford və Kolumbiya universitetlərində dərs deyib.

Norman informatika sahəsi üzrə riyaziyyatçı alimdir. Bundan başqa, o, həm də vəkil və media maqnatıdır.

Norman Zadə peşəkar poker oyunçusudur. Hətta poker oyunu haqqında 1974-cü ildə kitab da yazıb - "Uduşlu poker sistemləri" (Vinning Poker Sistems). Elə həmin il Norman poker üzrə yarışlarda qalib olub.

Norman Zadənin naşiri olduğu "Perfekt 10" adlı erotik jurnal ABŞ-da çox populyardır.

Norman Zadə onun jurnalında yer alan fotoşəkillərdən istifadə etdiyi üçün bir dəfə Quqla qarşı məhkəmə iddiası qaldırıb və prosesi qazanıb.

Norman Zadə 2010-cu ildə Beverli Hilsdəki malikanəsini 16,5 milyon dollara satıb. "Qremmi" və "Emmi" mükafatlarının laureatı Coan Rivers onun sevgilisi olub.

Tarix
2016.10.17 / 12:37
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İlham Əliyevdən 28 Mayla bağlı paylaşım - Foto

Bu gün Azərbaycanın Müstəqillik Günüdür

Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxdı!

Simonyan açıqladı: Yaxın zamanda sülh sazişi ilə bağlı...

Ərdoğan və Şərifin Laçına gəlişi İrəvanda isterika yaratdı

Laçında İlham Əliyevin Şəriflə məhdud tərkibdə görüşü keçirildi

3 lider niyə 28 Mayda və niyə Laçında? – Mühüm mesaj

“Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur! - Video

Əliyev bu xahişi yerinə yetirdi - Kallas alqışladı

Kobaxidze İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla