İranın 3 raketini, 17 PUA-sını vurduq - Küveyt
22:36
| Ana səhifə Toplum |
|
2025.11.25, 14:50
Gələcəkdə bəlkə ola bilər, lakin hazırda bu xəbərlər həqiqəti əks etdirmir.
Bu sözləri Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova Axar.az-a açıqlamasında rayonun yeni icra başçısı Elvin Paşayevin Kamran Orucovu baş mütəxəssis-sürücü vəzifəsindən çıxarması və indiyədək vakant olan təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə təyin etməsilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.
Xatırladaq ki, Elvin Paşayev noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
|
Tarix
2025.11.27 / 10:45
|
Müəllif
Sevgi İsmayılbəyli
|