Yuxarı

Trampın sözçüsündən Türkiyə barədə ilginc - Açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın sözçüsündən Türkiyə barədə ilginc - Açıqlama

Yeni ABŞ Prezidenti Donald Trampın təhlükəsizlik və kəşfiyyat üzrə sözçüsü general-leytenant Maykl Flayn Türkiyə ilə əməkdaşlıq münasibətlərini bərpa etmək üçün xarici siyasətdə bəzi tənzimləmələrə ehtiyac olduğunu deyib.

Axar.az xəbər verir ki, Trampın quracağı yeni kabinetdə vəzifə alacağı iddia edilən Flaynın ABŞ-ın "Hill" (The Hill) saytında "Müttəfiqimiz Türkiyə böhran içindədir, dəstəyimizə ehtiyacı var" başlıqlı məqaləsi dərc olunub.

Barak Obamanın Ankaranı kifayət qədər anlamadığını qeyd edən Flayn Türkiyənin Amerikanın maraqları baxımından önəmli bir ölkə, eləcə də İraq və Suriyada İŞİD-lə mübarizədə ən güclü müttəfiq olduğunu bildirib.

FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənlə bağlı məsələlərə də toxunan sözçü onu Bin Ladenə bənzədib.

"Biz Fətullah Gülənə sığınacaq verməklə ən böyük müttəfiqimizi itiririk. 11 Sentyabr hadisələrindən sonra Türkiyənin Üsamə Bin Ladenə sığınacaq verdiyini öyrənsəydik, nə edərdik? ABŞ terrorçuları Türkiyəyə verməlidir", - deyə, Flayn bildirib.

Tarix
2016.11.10 / 10:59
Müəllif
Çingiz Səfərli
Digər xəbərlər

Niderland səfirliyi Tehrandan Bakıya köçürüldü

Şara və Əliyev Yaxın Şərqi müzakirə etdi

Finlandiya prezidenti İlham Əliyevə zəng etdi

Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşdü

İran İsraili vurdu: İki azərbaycanlı həlak oldu - Foto

İrana humanitar yardım: Azərbaycan qonşuluğa sadiqdir

Əliyev hər şeyi Pezeşkianın bircə zənginə qurban etdi...

“ABŞ çökəcək” deyən müdrik deputatımıza xatırlatma...

İranda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Trampın Putinə təcili zənginin məqsədi - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla