Yuxarı

Bu energetik içkilərdə təhlükəli maddə tapıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu energetik içkilərdə təhlükəli maddə tapıldı

Türkiyə Respublikasından idxal olunmuş "Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler" müəssisəsinin istehsalı olan "Nitro Max" əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, faktla bağlı qanunuvericiliyə uyğun olaraq sözügedən məhsul partiyaları məhv edilib, həmçinin həmin istehsalçı tərəfindən istehsal olunan bu məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub.

Bununla yanaşı, ölkə ərazisində ticarət şəbəkələrində keçirilmiş növbəti monitorinqlər zamanı qeyd olunan istehsalçıya məxsus, müşayiətedici sənədləri olmayan "Nitro Max" energetik içkisinin bəzi şərab mağazalarında satışının həyata keçirildiyi aşkar edilib. Araşdırmalar zamanı həmin məhsulların ölkəyə qeyri-qanuni yollarla gətirildiyi müəyyən olunub. Aşkar edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılaraq müvafiq qaydada məhv edilib.

Eyni zamanda Türkiyədə istehsal olunmuş "DBL Drink Diblong" əmtəə nişanlı 150 ml həcmli içkilərdən (20.07.2025 - 20.07.2027-ci il istehsal və son istifadə tarixli) götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində tərkibində eyni uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar olaraq, həmin məhsul partiyasının qısa müddət ərzində satış obyektlərindən geri çağırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında qərar qəbul edilib. Faktla bağlı ticarət şəbəkələrinə sözügedən içkilərin satışının dərhal dayandırılması və qısa müddət ərzində tədarükçüyə geri qaytarılması barədə müvafiq məktublar göndərilib.

Məlumat üçün bildiririk ki,qeyd olunan kimyəvi maddə insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlara səbəb ola bilər.

Tarix
2026.03.10 / 21:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla