Yuxarı

Bu, yüksək etimadın nümunəsidir – İlham Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən Ümumdünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısının iştirakçılarına müraciət edib.

Report xəbər verir ki, müraciəti Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov oxuyub.

Müraciətdə deyilir:

"Bakıda keçirilən Ümumdünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısının açılışı münasibəti ilə hər kəsi salamlayır, tədbirin işində uğurlar arzulayıram. İdarə Heyətinin növbəti toplantısını, eləcə də 8-ci Dünya Su Forumunun beynəlxalq aparıcı komitəsinin dördüncü iclasının regionda ilk dəfə Bakı şəhərində təşkili təqdirəlayiq hadisə olub beynəlxalq aləmdə Azərbaycana göstərilən yüksək etimadın nümunəsidir.

Hazırda dünyada qlobal su çatışmazlığı problemlərinin kəskinləşdirilməsi, su resurslarından səmərəli istifadə və su ehtiyatlarının inteqarsiyalı idarə olunması, transsərhəd su resurslarının istifadəsi və qorunmasında birgə əməkdaşlığı zəruri edir. Ölkənin bu sahədə qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycanda əhalinin keyfiyyətli içməli su ilə davamlı təmin edilməsi, insanlara göstərilən sanitariya xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə kompleks tədbirlər həyata keçirilir. Yeni texnologiyalara əsaslanmaqla icra olunan içməli su və kanalizasiya layihələri əhalinin sağlamlığının qorunmasına, həmçinin ekoloji təhlükəsizliyin təmin edilməsinə xidmət göstərir. Ölkəmizin dünya su sektorunda nüfuzlu təşkilatlardan sayılan Dünya Su Şurasının təmsil olunması bu sahədə əlaqələrin genişləndirilməsi və qarşıya çıxa biləcək problemlərin birgə səylərlə aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümidvaram ki, toplantı beynəlxalq miqyasda su ehtiyatlarından, transsərhəd su mənbələrindən səmərəli və inteqrasiyalı istifadə ilə bağlı aktual məsələlərin birgə həllindən, qarşılıqlı faydalı əməkdaşlığa və perspektiv fəaliyyət istiqamətlərinin nümayəndələrinə öz töhfəsini verəcək".

Qeyd edək ki, bu gün Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində Dünya Su Şurasının 61-ci sessiyası işə başlayıb.

Şuranın sessiyası Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar Azərsu ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Tarix
2017.03.17 / 10:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla