Yuxarı

"Sabah"la matçda bəxtimiz gətirdi - Nuutinen

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sabah"la matçda bəxtimiz gətirdi - Nuutinen

"KuPS" (Finlandiya) komandasının "Sabah"la matçda bəxti gətirib.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu "KuPS"un baş məçqçisi Miika Nuutinen "Sabah"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. "Sabah" topla çox yaxşı oynayırdı. Onlar bir neçə qol epizodu əldə etdilər. Düşünürəm ki, növbəti mərhələyə yüksəlmək üçün şansımız var. 1 həftə sonra doğma meydanda ən yüksək oyunlarımızdan birini keçirəcəyik. Demək olar ki, bu gün bəxtimiz gətirdi. Hesab daha böyük ola bilərdi".

O, cavab oyunu öncəsi hazırkı nəticənin "KuPS" üçün normal olduğunu bildirib:

"Cavab qarşılaşması üçün 0:1 hesablı məğlubiyyəti normal hesab etmək olar. Meydanda vaxtı öldürməyə çalışmamışıq. Hazırkı istəyimiz cavab görüşündə yaxşı nəticə əldə edərək mərhələ adlamaq olacaq. Heyətimizdə yaxşı futbolçular var".

Qeyd edək ki, "Sabah" - "KuPS" matçı Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.

Tarix
2026.07.21 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa edi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla