Yuxarı

Qol fürsətlərindən yararlana bilmədik - Dambrauskas

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qol fürsətlərindən yararlana bilmədik - Dambrauskas

Əvvəlcə hamını bugünkü qələbə və Çempionlar Liqasındakı uğurlu nəticə münasibətilə təbrik edirəm. Əlbəttə, bu, böyük və möhtəşəm hissdir. Bununla belə, həm futbolçularımızın, həm rəhbərliyin, həm sizin, həm də stadiona gələn azarkeşlərin müəyyən qədər məyus ayrıldığını düşünürəm. Çünki inanılmaz dərəcədə çox qol fürsətimiz oldu, amma bunlardan yararlana bilmədik. Bu da bizi bir qədər üzdü.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “KuPS”la (1:0) Bakıda keçirilən oyundan sonra mətbuat konfransında deyib.

“Ümumilikdə futbolçularımın oyununa iradım yoxdur. Xüsusilə birinci hissədə onlar verilən tapşırıqları düzgün yerinə yetirdilər və çoxlu qol imkanları yaratdılar. İkinci hissədə rəqib bir qədər az risk etdi. Buna baxmayaraq, yenə də çoxlu qol fürsətimiz oldu. Təəssüf ki, top qapıdan keçmədi.

Oyunun sonlarında bəxtimizin gətirdiyini də deyə bilərəm. Rəqibin çox yaxşı qol imkanı yarandı və onlar həmin epizoddan yararlana bilərdilər. Bundan sonra əlimizdən gələni etdik, lakin biz də yaratdığımız imkanları qola çevirə bilmədik.

İndi bu məyusluğu unutmalı və yenidən hazırlığa başlamalıyıq. Bilirik ki, səfərdə bizi çox çətin oyun gözləyir. Rəqib artıq bizi yaxşı tanıyır və süni örtüklü meydanda oynayır. Bizi uzun səfər də gözləyir. Amma inanıram ki, bu gün istifadə edə bilmədiyimiz qol fürsətlərindən cavab görüşündə yararlana bilərik” - baş məşqçi bildirib.

Tarix
2026.07.21 / 23:29
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla