Yuxarı

Şeyxin oğlu ölkəni tərk etdi: “Şeyxi pərişan gördüm…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə bərabər birdəfəlik ölkəni tərk edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Şeyxin qudası, sabiq deputat Hacı Qalib Salahzadə Musavat.com-a təsdiqləyib. Hacı Qalib bildirib ki, Şeyxin oğlu Məhəmməd Paşazadə ailəsi ilə birgə dünən Türkiyəyə köçüb.

“Səbəb nədir, bu barədə heç nə deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, mən sonuncu dəfə Şeyxlə görüşəndə onu həddən artıq pərişan gördüm. Pərişanlığı da oğlunun ölkəni tərk etmək qərarı ilə bağlı idi”, - Hacı Qalib deyib.

Q.Salahzadə M.Paşazadənin ölkəni həmişəlik deyil, müvəqqəti tərk etməsi ehtimalını bölüşməyib:

“Müvəqqəti olsaydı, deyərdim ki, müvəqqətidir. O vaxt müvəqqəti olardı ki, uşaqlar burda qalardı, oxuyardı. Onlar daimi köçüb getdi. Çıxıb gələcək, gəlməyəcək, deyə bilmərəm”.

Tarix
2017.09.17 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail-İran savaşı bitdi: Kim nələr itirdi?

MM Ali Baş Komandanı təbrik etdi

Təbrizli yazıçı həbs edildi

İlham Əliyev Adolfo Ursonu qəbul etdi

Bir çox ölkə Azərbaycan qazından istifadə edib...

Bu sistemi sıfırdan qurmuşuq - Prezident

Həm İtaliya, həm də Çin... - İlham Əliyev

İran Avropanın üç tələbini qəbul edərsə…. - Politoloq

İranın hücumu “simvolik” olsa da, radikal addım ata bilər

Bu gün Elçibəyin doğum günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla