Yuxarı

Peterburqda erməni təxribatının qarşısı alındı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 26-dan 29-dək Sankt-Peterburqda, Dövlət Ermitajında İkinci Beynəlxalq "İCON II" konfransı keçirilib.

AMEA-dan Axar.az-a verilən məlumata görə, Şərq numizmatikası mövzusuna həsr olunan İkinci Beynəlxalq "İCON II" konfransında Azərbaycan alimləri də məruzələrlə çıxış ediblər.

Tədbir çərçivəsində Aleksandr Akopyanın "1747-1827-ci illərdə Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Gəncə və Qarabağ) zərbxana işi" mövzusunda təhrikçi xarakterli məruzə ilə çıxış etməsi nəzərdə tutulurdu. Erməni tərəfin növbəti dəfə Azərbaycanın tarixi dəyərlərini və mədəni irsini mənimsəmək cəhdləri geniş rezonans doğurub və ictimaiyyətin haqlı narazılığına səbəb olub.

Konfransın əhəmiyyəti və tədbirdə Azərbaycan alimlərinin iştirakının aktuallığı nəzərə alınaraq AMEA və Azərbaycanın Rusiyadakı səfirliyi ilə yanaşı, Ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğu da Dövlət Ermitajının direktoru Mixail Piotrovskiyə məktub göndərərək Azərbaycan alimlərinin akkreditasiyasına kömək göstərilməsini xahiş edib.

Həmin konfransa Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika şöbəsinin rəhbəri, tarix elmləri doktoru, professor Əli Rəcəbli və Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, dosent Rizvan Hüseynovdan ibarət AMEA-nın nümayəndə heyətini göndərmək qərara alınıb.

Azərbaycanlı alimlər ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğunda bu diplomatik missiyanın rəhbəri Sultan Qasımovla görüşüblər. Görüşdə AMEA nümayəndələrinin konfransda iştirakı və çıxışı ilə bağlı məsələlər müzakirə edilib.

Dövlət Ermitajının direktoru Mixail Piotrovski beynəlxalq konfransın açılış günündə azərbaycanlı alimləri qəbul edib və Azərbaycanın bu tədbirdə təmsil olunmasından məmnunluğunu bildirib. M.Piotrovski numizmatikanın və digər elmi fənlərin inkişafına Azərbaycan alimlərinin töhfəsini yüksək qiymətləndirərək Ermitajla Azərbaycanın elmi dairələri arasında əməkdaşlığı genişləndirməyin zəruri olmasını vurğulayıb. Konfransın iclaslarının birinə professor Əli Rəcəbli rəhbərlik edib. Azərbaycan nümayəndə heyətinin təkidi ilə erməni professor A.Akopyanın məruzəsinin ilkin adı tədbirin proqramından çıxarılıb, məruzənin mətninə dəyişikliklər olunub, "Şərqi Ermənistan" sözləri və onunla bağlı ifadələr mətndən ixtisar edilib.

Konfransın son günündə professor Əli Rəcəbli "XVIII-XIX əsrlərdə Azərbaycan xanlıqlarında zərbxana işi və pul dövriyyəsi" adlı məruzə ilə çıxış edib. Azərbaycan aliminin çıxışı konfransın gedişində əsaslı dəyişikliyə səbəb olub və beynəlxalq konfrans çərçivəsində ermənilərin növbəti yalanını yaymaq cəhdinin qarşısı alınıb.

Tarix
2016.10.03 / 15:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla