Yuxarı

Yaqub Mahmudov ermənilərin önünə niyə çıxmadı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaqub Mahmudov ermənilərin önünə niyə çıxmadı?

Xəbər verdiyimiz kimi, sentyabrın 26-dan 29-dək Sankt-Peterburqda keçirilən Dövlət Ermitajında İkinci Beynəlxalq İKON II konfransı zamanı erməni alimin provokasiyasının qarşısı alınıb.

Axar.az xəbər verir ki, diqqət çəkən məqamlardan biri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun konfransda iştirak etməməsidir.

Nəzərinizə çatdıraq ki, bir neçə gün əvvəl tarixçi-alim Dilavər Əzimlinin millət vəkili Fazil Mustafaya cavab olaraq yazdığı yazıda bu sözlər yer alır:

"...Yaqub Mahmudov Sankt-Peterburqa hazırlaşır. Orada bir elmi konfrans keçirilir. Həm də siyasi məqsədlərə xidmət edir. Konfrans numizmatikaya həsr olunub. Erməni numizmatikləri sentyabrın 29-da orada çıxış edəcəklər. Mövzuları bilirsən nədir: Naxçıvanın, Gəncənin, İrəvanın, Qarabağın ermənilərə məxsus olduğunu sübut edən numizmatik materiallar...

Ora bizim alimləri dəvət etməyiblər. Amma Yaqub Mahmudov hələ keçmiş SSRİ-də məşhur numizmatik sayılan, indi də fəaliyyətini davam etdirən Əli Rəcəblini də götürüb birbaşa ora gedəcəkdir. Çox dəyərli məruzələr hazırlayıblar. Bu həm də həyati bir riskdir. Yaqub Mahmudov dəfələrlə belə risklərlə üz-üzə gəlib, ancaq qalib çıxıbdır! Yaqub müəllim həmin konfransa düşmək üçün özünün şəxsi dostlarından istifadə edir. Onlar orada birdən peyda olub, erməniləri susduracaqlar".

Göründüyü kimi, Dilavər Əzimli Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun konfransa ciddi hazırlaşdığını yazır. Lakin AMEA-nın rəsmi saytının Sankt-Peterburqdakı konfransla bağlı yaydığı məlumatda Əli Rəcəblidən fərqli olaraq, Yaqub Mahmudovun iştirakı və çıxışı qeyd olunmayıb. Yaqub Mahmudovun hansı səbəbdən konfransda iştirak etməməsi isə sual doğurur.

Sualımıza cavab tapmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu ilə əlaqə saxladıq. İnstitutdan bizə bildirdilər ki, tezliklə məsələ ilə bağlı açıqlama veriləcək.

Tarix
2016.10.03 / 17:02
Müəllif
Axar.az
Digər xəbərlər

İrandan İrəvana uçuşlar ləğv edildi

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Vensin Azərbaycana səfəri: Ermənistanla sülh, Zəngəzur dəhlizi...

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı

Hacıyev Şəki barədə hazırlanan filmi paylaşdı - Video

Səfirliyimizə terror hücumundan üç il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla