Tramp cəsur müsəlmandan danışdı: İnsanları xilas etdi!
00:48
| Ana səhifə İdman |
|
İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbrizin "Traktorsazi" komandası bir ilkə imza atıb.
"Axar.az" APA-ya istinadən xəbər verir ki, Təbriz klubu tarixində ilk dəfə İran Kubokunun sahibi olub.
Fevralın 14-də İran Kubokunun finalında "Traktorsazi" Kirman şəhərinin "Mis" komandasının qonağı olub. Kirman şəhərinin "Bahünər" stadionunda baş tutan qarşılaşma Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 51-ci dəqiqədə "Traktorsazi"dən Səid Dəqiqi vurub. Bu futbolçu matçın ən yaxşı oyunçusu da seçilib.
Qeyd edək ki, "Traktorsazi" İran Kubokunun sahibi olmaqla, gələn il Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.
|
Tarix
2014.02.14 / 20:18
|
Müəllif
Axar.az
|