Yuxarı

Müğənni "Leksus"u 210-la sürdü - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müğənni "Leksus"u 210-la sürdü - Video

Bir neçə gün öncə avtoşluq etdiyi video ilə gündəmə gələn müğənni Kərimin avtomobili cərimə meydançasına salınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun "Avtosfer.az"a verdiyi məlumata görə, Abbasov Kərim Fətulla oğlunun internetdə yayılmış video materialı ilə bağlı araşdırma aparılıb. Nəticədə avqustn 10-da axşam saatlarında onun idarə etdiyi "Leksus" ("Lexus") markalı 90 VF 164 dövlət nömrə nişanlı avtomobili saxlanılaraq cərimə meydançasına aparılıb. Hazırda Kərim Abbasovun törətdiyi inzibati xəta ilə bağlı araşdırma davam etdirilir.

Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.

Müğənni Kərim isə bu videonun meneceri olmuş Asim Əliyev tərəfindən çəkildiyini bildirib. Əlavə edib ki, Asimi işdən çıxartdığı üçün bu videonu qisas məqsədilə internetdə yayıb. Lakin Vaqif Əsədov qeyd edib ki, videonun qisas məqsədilə yayılmasından asılı olmayaraq, müğənni Kərim inzibati məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, Kərim Abbasov bu avtomobili iyulun 31-də öz adına qeydiyyata aldırıb. Avqustun 7-də onun doğum günü olub, avqustun 10-da isə avtomobili cərimə meydançasına salınıb.

Xatırladaq ki, avtomobilini saatda 210 km/s sürətlə idarə edərkən çəkilmiş videosunu sosial şəbəkədə paylaşan K.Abbasov "Ulduz oldun, belədir. 200-lə getmək lazımdır" sözlərini yazmışdı.

Tarix
2014.08.11 / 22:19
Müəllif
Axar.az
Digər xəbərlər

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

Rusiyadan AZAL-la bağlı açıqlama - Təcili

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Stratfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

Buna görə İlham Əliyevə minnətdarlığımı bildirirəm

"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu

Bakı bu gün türk dövlətlərinin məqsədlərinə töhfə verir

İsrailin bu “jesti”ni Nikol vecinə almadı, Bakını isə sarsıtdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla