2005-ci ildə istehsalına başlanan "Bugatti Veyron"
tanıdıldığı gündən bəri 300 ədəd istehsal edilib və bu avtomobillər
5 il ərzində satılıb. "Veyron Grand Sport" roadster modeli isə 150
ədəd istehsal edilib bunun da ancaq 110 ədədi satılıb.
Mövzu "Bugatti Veyron" olduğu üçün əldə qalan avtomobillərin
xərci də xeyli çoxdur. 40 ədəd avtomobil bir o qədər çox olmasa da,
bu avtomobillərin dəyəri 62,5 milyon avro civarındadır. "Bugatti"
alıcılarına "Dynamic Drive Experience" proqramı adı altında testlər
təqdim edərək qalan 40 ədəd "Veyronu" satmağı hədəfləyir.
"Bugatti"nin Amerikadakı satış direktoru Con Hillin sözlərinə
görə, şirkət əlində qalan avtomobilləri 12 ay ərzində satmağı
planlaşdırır. Hill əldə qalan son "Veyron"ların satışından sonra
yaxın zamanlarda yeni modelin gözlənilmədiyini də sözlərinə əlavə
edib.