Yuxarı

Oyunların bayrağı Azad Rəhimovdan təhvil alındı

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oyunların bayrağı Azad Rəhimovdan təhvil alındı

Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki bu gün ilk Avropa Oyunlarının son günündə keçirilən tədbirdə Avropa Oyunlarının bayrağını Azərbaycanın gənclər və idman naziri və Bakı-2015-in baş icraçı direktoru Azad Rəhimovdan təhvil alıb.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən Axar.az-a verilən məlumata görə, tədbirdən sonra çıxış edən P.Hikki deyib:

"30 aydan bir qədər çox müddətdə Bakı Avropa Oyunlarının himayədarı olub. Bu gün EOC Oyunları daha güclü və bizim bu mərhələdə təsəvvür edə biləcəyimizdən daha böyük potensialla geriyə təhvil alır. Bakı-2015-in verdiyi ən böyük tohfələrdən biri bundan sonra keçiriləcək bütün Avropa Oyunlarının gələcəyinin təməlini qoyması oldu. Bu möhtəşəm uğurun ilkin mərhələsindən sonra bu yarışların gələcəyi təmin olunub".

Mərasimdə çıxış edən nazir A.Rəhimov bildirib: "Cənab prezident, mən sizə xüsusi bir təqdimat qutusunda Avropa Oyunlarının bayrağını təqdim edirəm. Onun içərisində növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin xatirə nişanı, habelə Avropa Oyunlarının növbəti 100 ili üçün kifayət qədər rəmzi səciyyə daşıyan nişanlar var".

Mərasimdə EOC-un İcraiyyə Komitəsi, EOC Bakı-2015 Avropa Oyunları Əlaqələndirmə Komissiyasının üzvləri və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin direktorları, o cümlədən, Oyunların uğurlu olmasında böyük rol oynamış 12 500 alovqoruyan könüllünün təmsilçiləri iştirak ediblər.

Tarix
2015.06.28 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla