Yuxarı

“Gənclər bu yolla məşhurlaşmaq istəyirlər...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Gənclər bu yolla məşhurlaşmaq istəyirlər...”

Bu gün qələmə alınan bədii əsər xeyir və şər qütblərinin arasında doğulmaqdadır. Klassik ədəbiyyatımız dünya üçün təbii ki, maraqlıdır və maraqlı olduğu üçün də örnəkdir. O ki qaldı müasir ədəbiyyatımıza (istər poeziya, istərsə də nəsr və dramaturgiya), bu barədə də xeyli nikbinəm.

Bu sözləri şair Yusif Nəğməkar Azərbaycan yazarlarının dünya oxucusu ilə mətn səviyyəsində əlaqə yaratması yolları haqda Axar.az-a danışarkən deyib. O, milli ədəbiyyatın, sənətin təbliğinin mühüm olduğunu bildirib:

"Bu gün dünya oxucusunu maraqlandırmağın, diqqətini cəlb etməyin dəyişməz yolunu onda görürəm ki, yazdığımız əsərlər mövzu aktuallığı ilə yanaşı, həm də obrazlı, bədii dilə malik, milli və bəşəri olmalıdır. Bu yerdə iki misramı xatırlayıram:

Millətin millisi olmayan şair

Dünyanın dillisi olsa da heçdir...

Bu gün ən inkişaf etmiş ölkələrdə belə bizim daha çox milli olan mənəvi sərvətlərimizə heyrətlənirlər. Deyək ki, bir ingilis, yaxud bir fransız üçün hər hansı Azərbaycan xanəndəsinin oxuduğu muğam, yaxud xalq mahnımız milli özünəməxsusluğu ilə maraq doğura bilər, nəinki azərbaycanlının fransız və ingilis mahnısı oxuması (nə qədər mükəmməl ifa etsə belə). Eynən ədəbiyyatda da belədir. Bu bir pozulmaz qanundur ki, normalda milli olan bəşəridir, bəşəri olan milli olmaya da bilər.

Xalq yazıçısı Anarın "Göz muncuğu", "Beş mərtəbəli evin altıncı mərtəbəsi" daxil olmaqla əksər əsərləri, Elçinin "Mahmud və Məryəm", "Baş" romanı və digər əsərləri milli və bəşəridir, həmçinin dünyanın marağındadır. Şairlərdən Fikrət Qoca, Nəriman Həsənzadə, Fikrət Sadıq, Musa Yaqub, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Ramiz Rövşən, Vahid Əziz və bir də mənim mənsub olduğum ədəbi nəslin nümayəndələrindən adını çəkmədiyim əksəriyyətinin əsərlərini sadalaya bilərəm...

Əgər Ramiz Rövşən şeirlərində, deyək ki, Allaha və dünyaya müraciət edirsə və həmin şeirlər də başqa dillərə normal tərcümə olunursa, həmin dildə danışan xalq - oxucu üçün də Azərbaycan şairinin poetik deyim tərzi maraq doğurmaya bilməz.

Yaxşı ki, indi istedadlı gənc qələm sahiblərimiz də yetişməkdədir. Ancaq onlar istedadlarını düzgün yönə tutanda daha çox uğur qazanırlar. Mən vaxt, imkan tapdıqca gənc yazarların əsərlərini oxuyuram. Hətta onlardan öyrənirəm də. Təəssüf ki, sənətə təzəcə qədəm qoyanlardan bəziləri özlərindən əvvəlki nəsli qismən, yaxud tamamilə inkar yolunu tutmaqla məşhurlaşmaq istəyirlər. Bu isə qorxulu meyildir. Mən cavan nəslin həm ədəbiyyat korifeylərinin, həm də özümüzün yaşlı nəsil yazıçı və şairlərimizin əsərlərini oxuyub onlardan bəhrələnmələrinin tərəfdarıyam. Çünki hər bir yenilik, hər bir modern addım yalnız kök üstündə boy atanda daha dolğun, qəbul edilən olur. Belə də çağdaş ədəbiyyatımız dünya üçün də intensiv maraq səviyyəsinə qaldırıla bilər".

Tarix
2016.10.07 / 08:30
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

Daha bir deputat partiyadan çıxarılır?

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

HƏMAS daha bir cəsədi qaytarır

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla