Yuxarı

Daha istəmirəm sənin ətrini... - Aynur Haqverdi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha istəmirəm sənin ətrini... - Aynur Haqverdi

Kult.az gənc şair Aynur Haqverdinin şeirlərini təqdim edir:

Çərçivədəki şəklimizin sən olan tərəfin

kəsib, təyyarə düzəldib

uçurmuşam lap uzaqlara.

Bəlkə də, bir sevinc payı göndərmişəm

Göydə təyyarə görəndə sevinən uşaqlara.

Dağları, çayları sülənib gəzən küləklərdən

Daha istəmirəm ətrini sənin.

Səni boğulmaqdan qurtaran köpəyintək

Daha istəmirəm xətrini sənin.

Məni sularına daş atdığım

Balıqların ahı tutdu.

Amma balıqlar atdığım daşları unutdu.

Daha darıxmıram, deyim biləsən.

Otağımın pəncərəsinə

Günəş şəkli çəkmişəm.

Gecələr qorxmayım deyə.

Şəkil deyirəm...

Şəklin...

Çərçivədə yerin bomboş qalıb.

Üstəlik məzartək qaralıb.

***

Gözlərimin buludlara dolmağı,

Yağışlara yağmağı öyrətdiyi

Günlərdə yazıram sənə.

Gözlərim çəkən yollarda

Səni gəzib azıram yenə.

Küləklərdən dilənirəm qoxunu.

Elə atmısan ki, zalım həsrətin oxunu

Gündüzlərimdən Günəşi,

Gecələrimdən Ayı

Parçalayıb töküb yerə.

Dualarım da çatmır ulu göylərə

Ki, görəydim səni barı bir kərə.

Xatirələr xatırlanıb şeir olur.

Gecələrim uzanıb ömür olur.

Darıxanların içdiyi su da zəhər olur.

Ağı deyir qəlb atışım,

Nakam ölən sevincimə, ümidimə.

Bu qos-qoca təkliyimi öldürtmək

İstəmirəm səndən özgə birinə.

Tarix
2019.08.26 / 00:45
Müəllif
Kult.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla