Yuxarı

Özbək tarixçisi faktları açdı: erməni əməlləri... - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün tanınmış özbək tarixçisi, publisisti və ictimai xadimi Şuhrat Salamovun (Şuhrat Barlas) Azərbaycanda çap edilən “Daşnaklar Fərqanədən Qarabağa qədər” adlı kitabının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə əvvəlcə kitabın mövzusu əsasında çəkilən eyniadlı sənədli film nümayiş etdirilib.

Daha sonra tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucusu və prezidenti Umud Mirzəyev bildirib ki, kitab Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin təşəbbüsü və 1937-ci ildə ailəsi Naxçıvandan Qazaxıstan və Özbəkistana sürgün edilmiş Mehdi Məmmədovun maliyyə dəstəyilə ərsəyə gəlib. U.Mirzəyev kitabda 300-ə yaxın mənbədən istifadə edildiyini qeyd edərək, bunda Özbəkistandakı azərbaycanlı ziyalıların da rolu olduğunu bildirib.

Mirzəyev həmçinin onu da qeyd edib ki, təqdim edilən sənədli film kitab haqqında daha geniş təsəvvür yaradıb.

“Kaspi” Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva Şuhrat Salamova təşəkkür edərək, bu kitabın bütün Azərbaycan universitetlərinə paylanılmasını təklif edib:

“Düşünürəm ki, bu kitabı tirajlayıb, bütün universitetlərə verək. Ermənilərin türklərə qarşı törətdikləri bu hadisələri, faciələri bizim yetişən gəncliyimiz öyrənməlidir. Bu faciələr təkrarlanmasın deyə bu tarixi dərindən öyrənməliyik. Fərqanədə başlayan və Özbəkistanın müxtəlif yerlərində ermənilərin törətdiyi faciələr hamısı bizim faciədir. Burada təqdim edilən sənədli filmdə də hadisələr bir daha vizual olaraq canlandırılıb”.

Rusiyalı tarixçi-qafqazşünas, politoloq Oleq Kuznetsov kitabın erməni əməllərinin sübutu üçün önəmli vəsait olduğunu qeyd edib:

“Mən də özbək tarixçi Şuhrat Barlas kimi bir neçə dəfə ermənilər tərəfindən təzyiqlərə məruz qalmışam. Amma ondan fərqli olaraq, həbs olunmamışam. Aydın məsələdir ki, ermənilər saxtakar adamların əli ilə özlərinin Orta Asiyada müsəlmanlara qarşı törətdikləri cinayətləri ört-basdır etmək istəyirlər. Bu baxımdan özbək alim Şuhrat Barlasın bu işi çox önəmlidir”.

Sonda kitabın müəllifi Şuhrat Salamov tədbir iştirakçılarına təşəkkür edib:

“Uzun müddət arzulayırdım ki, bu barədə kitab çap etdirim. Kitabın ərsəyə gəlməsində dəstək olan hər kəsə təşəkkür edirəm”.

Tarix
2019.11.21 / 13:09
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Türkiyənin HTŞ ilə birgə yeni hədəfi

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla