Yuxarı

Onu dinləmək sevincdir…

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rafiq Əliyevi dinləmək sevincdir.

Rafiq Əliyev haqqında yazmaq məsuliyyətdir.

Rafiq Əliyev haqqından kitab tərtib etmək həm məsuliyyətdir, həm də xoşbəxtlikdir.

Rafiq Əliyev haqqında hazırladığım “Su kimi sakit və güclü” kitabı, nəhayət, çap olundu!

* * *

Rafiq Əliyevi başa düşmək, anlamaq üçün yaşadığımız dövr kifayət eləmir. Bu təkcə onun alimliyi ilə bağlı deyil, bu həm də onun baxışına, yanaşmasına, dünya görüşünə görədir. Onun kimi baxmaq, yanaşmaq üçün ya gərək o zamana gedib çatasan, ya da onun kimi düşünə biləsən. Rafiq Əliyevin ucalığı da elə bundadır. O, tanıyanların qəbul etdiyi, hamının görmək və yanında olmaq istədiyi insandır.

Dünyanın elm nəhənglərinin onun haqqında fikirlərini oxuduqca qürur duyursan. Nəinki tərifi, etdiklərini dilə gətirməyə imkan verməyən, bu qədər naliyyətləri ilə “Mən nə etmişəm ki?” de¬yən, böyüklüyü sadəlikdə görən bu səmimi, mehriban insana baxıb insanlığına pərəstiş etməyə bilmirsən.

“Su kimi sakit və güclü” kitabı oxucunun dünyagörüşünün formalaşması, zən¬gin¬ləşməsi, mənəvi qidalanması baxımından mühüm rol oynayacaq. Ona həyatda fərqli yanaşmaq üçün yol göstərəcək, baxış bucağını dəyişəcək, bütövlüyə, tamlığa stimul, güc və inam verəcək. Elmilik, həyatilik, qeyri-səlis məntiqdən doğan daha düzgün yanaşma oxucunun düşüncə tərzində yeni çalarların yaranmasında yardımçı olacaq.

Lütfi Zadənin zəkasına, insanlığına, yaradıcılıq qabiliyyətinə, elmin dərinliyinə kimi gedə bilməsinə, həm şifahi, həm də yazılı formada özünü ifadə etməsinə heyrət etdiyi, heyran qal¬dığı Rafiq Əliyev alim olaraq alimliyə, insan olaraq insanlığa, dost olaraq dostluğa, vətəndaş ola¬raq vətəndaşlığa, yoldaşlığa şərəf gətirir.

Dünya alimlərinin, Azərbaycanın seçilmişlərinin onun haqqında fikir və münasibətləri, özü¬nün müxtəlif səpkili yazı və müsahibələri, kövrək ehtirafları ilə zəngin olan bu kitab vətən¬daş, alim, ziyalı, ictimaiyyət adamı olan Rafiq Əliyevin fikir və düşüncələrini öyrənmək, onunla tanış olmaq istəyənlər üçün bir mənbə, vasitə, körpü olacağı düşüncəsindəyəm.

Rafiq müəllimə tez-tez “Amerikada, Avropada yaşasaydınız daha çox şeylər qazanar¬dınız” deyirlər. Bu həqiqətdir. İndi isə daha çox qazanan canınızdan çox sevdiyiniz, ayrılmaq istəmədiyiniz, şərəf gətirdiyiniz, bəxti gətirən Azərbaycan oldu, Rafiq müəllim.

“Mənəvi meyarları ranqlaşdırmış olsaydım, birinci yerdə namus və ədaləti qoyardım”, deyərək, həqiqi elmi onlarsız təsəvvür etməyən Rafiq Əliyevdə mənəviyyat, insanlıq, elmilik o qədər sıx və bütöv ki, onları biri-birindən ayırmaqda, hansı birinəsə üstünlük verməkdə tərəd¬düd edirsən.

Rafiq Əliyev Azərbaycandan kənarda çap olunmuş kitab və indeksli jurnallarda, aldığı adlarda müəllif adının yanında Azərbaycanın adını görəndə, Azərbaycan insanının uğurunu eşidəndə qürur hissi keçirir. Onun ən ümdə istəyi elmi uğurlarının zirvəsini və doğma Qarabağda – elində, yurdunda qalan sevincini təzədən yaşamaqdır.

Böyük Alimi, Böyük İnsanı, Azərbaycan sevdalı Vətəndaşı hamının sevimlisi edən də elə budur.

“Su kimi güzlü və sakit” kitabı Rafiq Əliyevin ömür yoludur. Ömür yoluna sözlə səyahətdir. Çətinlikləri gizli saxlanılan, uğurlarının parıltısı bərq vuran, həyatı elmsiz təsəvvür olunmayan insanın zirvəyə uzanan elm yoludur.

Böyük insanlar haqqında kitab yazmaq, hazırlamaq çox çətindir. O ki qaldı Rafiq Əliyev haqqında ola...

Söz deyiləndi.

Yazı oxunandı.

Kitab isə bizdən sonra da qalandı...

P.S. Kitabı tərtib edən və redaktoru şair Rəfail Tağızadədir.

Tarix
2019.12.17 / 23:47
Müəllif
Rəfail Tağızadə
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla