Yuxarı

Nazirlik dəstək verdi: Yeni kitablar dərc olundu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik dəstək verdi: Yeni kitablar dərc olundu

Mədəniyyət Nazirliyinin sifarişi ilə Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Мир мой умерший” (“Ölən dünyam”) adlı kitab işıq üzü görüb. Roman böyük yazıçının həyatının son illərində, özünün yüksəldiyi mənəvi-intellektual mövqedə dünyaya və insana münasibətinin ədəbi fəlsəfi təzahürüdür.

Kult.az xəbər verir ki, həmçinin Mədəniyyət Nazirliyinin sifarişi ilə görkəmli heykəltəraş Mirəli Mirqasımovun həyat və yaradıcılıqından bəhs edən kitabının nəşri başa çatdırılıb. Kitabda heykəltəraşın həyat yoldaşı Gültəkin xanım Mirqasımovanın xatirələri sayəsində böyük sənətkar haqqında bilinməyən səhifələr açılıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə musiqişünas, pedaqoq Kəmalə Cahangirovanın “Qanun məktəbi. Qanun partiyası” adlı dərslik işıq üzü görüb. Dərslikdə qanun alətinin yaranması, tarixi inkişafı və təkamülündən bəhs olunur. Həmçinin dərslikdə qanun alətində çalğının əsas qayda və üsulları, metodiki göstərişlər, melizmlər, ştrixlər, templər, alterasiya və dinamik işarələr, not, xana ölçüləri haqqında geniş məlumat verilib.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitablar Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və musiqi məktəblərinə paylanılacaq.

Tarix
2019.12.18 / 18:30
Müəllif
Kult.az
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla