Yuxarı

Nəsimiyə həsr olunan nəşrlərin təqdimatı keçirildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 24-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yazıçı-publisist, professor Hüseynbala Mirələmovun İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Son səfər” povesti, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “İmadəddin Nəsimi. Biblioqrafiya” kitabı və “İmadəddin Nəsimi – 650” elektron məlumat bazasının təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq qeyd edib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizlə yanaşı, xarici ölkələrdə də silsilə tədbirlər və təqdimatlar keçirilir, kitablar çap edilir və şairin yaradıcılığına yenidən nəzər salınır.

Direktor bildirib ki, Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə reallaşdırdığı “Mədəni sərvətlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində Nəsiminin müxtəlif ölkələrdən 30-a yaxın əlyazması Azərbaycana gətirilib və bu istiqamətdə işlər davam etdirilir.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd etdi ki, bu gün ölkə başçısının uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya səviyyəsində nümunəyə çevrilib, regionun qabaqcıl dövlətləri sırasında yer alır. Tədbir iştirakçıları adından ölkə başçısını doğum günü münasibətilə təbrik edən nazir 2019-cu ilin “Nəsimi ili” elan olunmasını bütövlükdə mədəniyyətimizin uğuru kimi dəyərləndirdi.

Əbülfəs Qarayev ölkə rəhbərliyi səviyyəsində Nəsimi yaradıcılığına daim diqqət göstərildiyini diqqətə çatdırıb. Bildirib ki, 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESKO səviyyəsində qeyd olunub. Ümummilli liderin təşəbbüsü ilə Bakıda böyük şairin heykəli ucaldılıb, haqqında bədii film çəkilib, akademiyanın Dilçilik İnstitutuna, metronun bir stansiyasına və paytaxtın rayonuna şairin adı verilib, əsərləri kütləvi tirajla çap olunub, yaradıcılığına dair tədqiqat əsərləri yazılıb. Müstəqillik dövründə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar şairin əsərlərinin çapında, dünyada təbliğində mühüm rol oynayıb.

Sonra İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan qısa film nümayiş etdirilib.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, bu il Nəsimi ilə bağlı çap olunan əsərlər içərisində tanınmış yazıçı Hüseynbala Mirələmovun “Son səfər” povesti xüsusi yer tutur. Nəşr Nəsimi ilə bağlı yeni tarixi mərhələnin ilk parlaq bədii nümunəsi kimi olduqca əhəmiyyətlidir. Əsərdə H.Mirələmovun Nəsimi mövzusuna ənənəvi yanaşmadan fərqli olaraq, azərbaycançılıq mövqeyindən müraciət etməsi, böyük sənətkarı hər cür dini-ideoloji baxışdan uzaq, həyati şəkildə, təbii insan obrazı kimi oxuculara çatdırması cəsarətli addım hesab olunmalıdır.

Onun sözlərinə görə, əsərdə Nəsimi sevgisi və nifrəti ilə zəngin mənəviyyata malik sadə və müdrik bir insan kimi oxuculara təqdim olunub. Yazıçı Nəsiminin həyat və fəaliyyətinin hürufilik mücahidliyi dövrünü deyil, sadə və kamil insan həyatı yaşamaq mərhələsini qələmə alıb.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxışında Hüseynbala Mirələmovun yazıçı dilini onun bədii təfəkkürünün zənginliyinin təbii göstəricisi kimi qiymətləndirib. Yazıçını müasir Azərbaycan ədəbiyyatının ən parlaq, ən məhsuldar simalarından biri kimi səciyyələndirən akademik onun hekayə, povest, roman, dramaturgiya və publisistikasında qaldırılan kifayət qədər ciddi sosial-mənəvi problemlərin yalnız Azərbaycanda deyil, əsərlərinin tərcümə olunub yayıldığı ölkələrdə də böyük maraq doğurduğunu, Azərbaycan ədəbiyyatı, ədəbi-ictimai təfəkkürünün səviyyəsi barədə aydın təsəvvür yaratdığını vurğulayıb.

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev bildirib ki, Hüseynbala Mirələmovun yaradıcılığının əsas qayəsini bu günün insanı, onun düşdüyü mürəkkəb sosial-psixoloji vəziyyətlər və ondan optimal çıxış yollarının axtarılıb tapılması təşkil edir: “Hüseynbala Mirələmov əlinə qələm alandan bəri yazdıqlarının həqiqət olduğuna ürəkdən inanıb, bir şey düşünüb, başqa şey yazmayıb. Onun yaradıcılığının mühüm xüsusiyyətləri humanizmi və mütəfəkkir məsuliyyətidir. Hüseynbala Mirələmov yaradıcılığında müasir olduğu qədər məsuliyyətli, məsuliyyətli olduğu qədər humanist sənətkardır. O, ən mənfi qəhrəmanının belə təbiətindəki insani keyfiyyətləri görür və qiymətləndirir”.

Milli Məclisin deputatları Hadı Rəcəbli, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Salidə Şərifova çıxış edərək İmadəddin Nəsiminin ölməz irsindən söz açıblar.

Daha sonra povestin müəllifi Hüseynbala Mirələmov çıxış edərək tədbirin iştirakçılarına təşəkkürünü bildirib.

Sonda “İmadəddin Nəsimi - 650” elektron məlumat bazası təqdim olunub.

Tarix
2019.12.25 / 12:23
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla