Yuxarı

Ruhi Əliyeva "-4" romanından danışdı - Video

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər zaman fərqli layihələrə imza atan "Liatris Holdinq" yenə ənənəsinə sadiq qaldı. İş xanımı Ruhi Əliyevanın rəhbərlik etdiyi şirkət bu dəfə kitabsevərləri sevindirdi. Şirkət "-4" adlı yeni detektiv romanı oxuculara təqdim etdi.

Kult.az xəbər verir ki, kitabın müəllifi uzun illər prokurorluq orqanlarında mühüm işlər üzrə baş müstəntiq kimi çalışan, hazırda News24.az saytının "Hüquq vaxtı" verilişinin aparıcısı, hüquqşünas, detektiv yazıçı Müşfiq Abbasovdur.

Kitabla bağlı təəssüratlarını bölüşən iş xanımı Ruhi Əliyeva əsərin məhz "Liatris Holdinq"in dəstəyi ilə ərsəyə gəlməsindən məmnun olduğunu dilə gətirib:

"Belə bir maraqlı kitabın işıq üzü görməsi ümumilikdə "Liatris Holdinq"in uğurudur. Əsərin müəllifi Müşfiq Abbasov “-4”-lə bağlı ilk fikirlərini mənimlə bölüşdü. Həm mövzu, həm təşəbbüs, həm müəllifin yazı üslubu çox xoşuma gəldi. Məni bu işə ruhlandırdı. Ən təsirli məqam isə kitabın Azərbaycanın mərhum Baş prokuroru İsmət Qayıbova həsr olunmasıdır. Mərhum Baş prokurora həm peşəkar hüquq-mühafizə işçisi, həm də vətənpərvər bir insan kimi böyük sayğım var. Kitabını onun xatirəsinə həsr etdiyi üçün müəllifi alqışladım və nəşrinə dəstək verdim. Düşünürəm ki, damarında azərbaycanlı qanı axan, ruhunda vətənpərvərlik olan hər kəs heç düşünmədən bu işə dəstək olardı”.

“Kitabın ilk oxucusu mənəm" deyən R.Əliyeva bu işdə qatqısı olduğuna çox sevindiyini də qeyd etdi:

“Kitabın ilk oxucusu mənəm və buna görə də çox sevincliyəm. Bu nəşri hüquq fakültəsində oxuyan tələbələrin də oxumasını tövsiyə edirəm. Çünki onlar üçün maraqlı vəsait olacağına əminəm. İnanıram ki, “-4” onların bir çox bağlı qapıları açmasına yardımçı olacaq”.

Ruhi Əliyeva bildirib ki, detektiv janrında ərsəyə gələn filmləri və kitabları çox sevir: "Bilirsiniz, mən bundan öncə bir neçə müəllifin detektiv romanlarını oxumuşdum, amma nə yalan deyim, ürəyimcə olmamışdı. Çünki yazılanlarda sünilik, uydurma məqamların olduğu hiss olunurdu. Amma "-4" gerçəkdən baş vermiş hadisələri əhatə etdiyi üçün məndə maraq oyatdı. Məncə, bu cür kitabları ancaq bu sahəni bilən və real hadisələri canlandırmağı peşəkarcasına bacaranlar ərsəyə gətirməlidir”.

Ruhi Əliyevanın sözlərinə görə, gələcəkdə sözügedən əsər əsasında film də lentə alına bilər: "Düşünürəm ki, bu kitab çox maraqlı bir ekran işinin ssenarisi də ola bilər. Bu haqda müəllifə demişəm. Ola bilər, gələcəkdə “-4” maraqlı ekran işi kimi ortaya çıxsın".

İş xanımı kitabı Rəna Cumaqızının redaktə etdiyini də bildirib:

"Rəna xanıma da təşəkkür edirəm. Kitabın redaktəsini o üzərinə götürdü. Kitabın ərsəyə gəlməsində onun da böyük rolu olub. Ona inanıb dəyər verdiyimizə görə istədik ki, bu işlə o məşğul olsun. Çox sağ olsun. Çox gözəl və maraqlı kitab alınıb".

Beş aya ərsəyə gələn roman real hadisələr üzərində qurulub. Yalnız adlar və məkanlar şərtidir.

Müəllif Müşfiq Abbasov da ilk kitabının işıq üzü görməsindən sevinc hissi keçirdiyini deyib: "-4”-ü əlimə alanda sevincimin həddi-hüdudu yox idi. İnanın, hələ də həyəcanlıyam. Kitabın dizaynı çox nəfis, şriftlər göz yormayan, oxunaqlıdır. Çəkisi də yüngüldür, baxmayaraq ki, nəşrdə çox ağır cinayət hadisəsindən danışılır. Bu əsərdə prokurorluqda çalışdığım dövrlərdə istintaqını apardığım cinayət işlərindən birindən bəhs olunur. Beş il qabaq baş verən bu hadisə məni çox təsirləndirmişdi, ona görə də ilk kitabımda məhz bu hadisəni qələmə aldım".

Müəllif detektiv janrda yazan çox az müəllifin hüquq sahəsinin mütəxəssisi olduğunu da vurğuladı:

"Çox təəssüf ki, hazırda Azərbaycanda peşəkar detektiv janrında yazan yazıçılardan yalnız bir neçəsi hüquqşünasdır. Amma Prokurorluqda çalışıb gördüklərini qələmə alan yazıçı yoxdur, ən azından mən elə bir qələm adamını tanımıram. Ona görə də düşünürəm ki, müstəntiq kimi qarşılaşdığım bu real hadisəni oxucular maraqla qarşılayacaq. Onu da deyim ki, kitabım çox böyük rəğbət bəslədiyim şəxsiyyətə - İsmət Qayıbova həsr olunub. Onu həm vətənpərvər insan, həm peşəkar kimi hər zaman özümə örnək bilmişəm”.

Qeyd edək ki, oxucular "-4" adlı detektiv romanını instaqramda @menfi_dord səhifəsindən və 055-360-02-03 nömrəsiylə əlaqə saxlayaraq əldə edə bilərlər.

Tarix
2020.09.11 / 19:12
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla