Yuxarı

Bakı Elif və Ardadan imtina etdi – Açıqlama

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur yazıçılar Elif Şəfəq və Arda Erel Tvitter hesablarında erməniləri dəstəkləyən paylaşımlar ediblər. Buna etiraz olaraq “Libraff” mağazalar şəbəkəsi hər iki müəllifin kitablarının satışını dayandırıb. Bəs görəsən, digər mağazalar da bu addımı atacaqlarmı?

Kult.az məsələ ilə bağlı tanınmış kitab mağazaları və nəşriyyatlar arasında sorğu keçirib.

Ali və Nino” mağazası: Erməni işğalını dəstəklədiyi üçün Elif Şəfəqin və Arda Erelin bütün kitabları mağazalar şəbəkəmizdə satışdan yığışdırılıb.

Azərkitab: Biz Qarabağa qayıdırıq! Bu haqlı savaşımız bizə yanımızda və qarşımızda olanları tanıtdı. Yazıçı Elif Şəfəq və Arda Erelin Tvitterdəki paylaşımlarına görə Azərbaycan xalqından üzr istəyənə qədər mağazamızda kitablarının satışını dayandırırıq.

Bakı Kitab Mərkəzi: Elif Şəfəqin və Arda Erelin kitablarının satışı mağazamızda dayandırılıb.

Bookzone.az” kitab mağazası: Arda Erelin və Elif Şəfəqin bu “səmimiyyətini” Xocalı faciəsi, Qarabağda həlak olan əsgərlərimiz, zülm edilən dinc əhalimiz və ən son Gəncə terroru ilə bağlı da gözləyirdik. Bu gündən etibarən onların kitablarının satışından imtina edirik.

“Kitabevim.az”: Ölkəmizin ərazi bütövlüyünə şübhə edən, terroru dəstəkləyən şəxslərin bütün kitabları mağazamızda satışdan çıxarılacaq.

“Ovod” kitab evi: Terrora dəstək verən Elif Şəfəqin və Arda Erelin kitablarının satışını dayandırırıq. Erməni terroruna dəstək verən, vəhşicəsinə qətlə yetirilən uşaqlarımızı, insanlarımızı görməzdən gələn yazarların kitabları bizim mağazamızda satılmayacaq. Yaşasın Azərbaycan Ordusu!

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu: Elif Şəfəqin Tvitterdəki dar düşüncəli açıqlaması bir oxucu və naşir kimi məni də məyus etdi. Azərbaycanda onun kitablarının nəşr hüququ “Qanun nəşriyyatı”na məxsusudur. Kitablarının nəşrinin dayandırılması və satışdan yığışdırılması çağırışları ilə qəti razı deyiləm. Biz kitab yandıran nasistlər deyilik. Hamını Tvitterə girib onun işğalçıya mənəvi dəstəyini tənqid etməyə dəvət edirəm. Bunu mən özüm də edirəm. Biz qadağa qoymuruq, mübahisə edirik. Bizi güclü edən bizim həqiqətlərdir.

Tarix
2020.10.14 / 15:38
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla