Yuxarı

Xalq yazıçısının “Seçilmiş əsərləri”nin IV cildi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçilmiş əsərləri”nin dördüncü cildi işıq üzü görüb.

Kult.az xəbər verir ki, kitab müəllifin “Qorqudnamə” adı altında birləşdirdiyi elmi, publisistik əsər­lərdən bəzilərini əhatə edir. Bu cildə Kamal Abdullanın xalqımızın ana kitabı “Kitabi-Dədə Qorqud” dastanının gizli qatlarından dünya xalq­la­rı­nın eposları ilə müqayisəli şəkildə bəhs edən “Gizli “Dədə Qorqud”, yaxud Mif­dən Yazıya” kitabı, Dastanın poetik özəlliklərini elmi əsəslarla şərh edən fundamental “Kitabi-Dədə Qorqud” poetikasına giriş” monoqrafiyası, Azərbaycanşünaslığın “Dədə Qorqud” dastanında təzahürünü tapmış so­sial, iqtisadi, etnik, dini, milli, siyasi köklərindən bəhs edən “Azərbay­can­çılıq və “Kitabi-Dədə Qorqud” adlı dərs vəsaiti və dastanla bağlı elmi-pub­li­sistik məqalələri, oçerkləri daxil edilib.

Cildə müəllifin Qorqudşünaslıqla bağlı həyata ke­çir­diyi genişmiqyaslı işlərin və araşdırmaların, o cümlədən, “Gizli “Dədə Qor­­qud” silsiləsinin yalnız bir qismi daxil edilib. Belə ki, akademik Kamal Ab­dullanın 1991-ci ildə çap olunmuş “Gizli “Dədə Qorqud” əsəri 1999-cu ildə əlavələr edilmiş və təkmilləşdirilmiş halda “Sirriçində dastan” və yaxud Gizli “Dədə Qorqud”-2” adı ilə yenidən nəşr edilib. Lakin bu ki­tab­la­rın heç biri IV cildə daxil edilməyib. Bu kitabların bütün elmi kvin­tessensiyası müəllifin IV cildə daxil edilən “Gizli “Dədə Qorqud”, yaxud “Mifdən Yazıya” (Bakı, Mütərcim, 2009) adlı monoqra­fi­ya­sında akkumulyasiya olunub.

Müxtəlif illərdə türk və rus dillərinə tərcümə olunaraq Türkiyə və Rusiyada çap edilən bu silsilə kitabların mahiyyəti və əsas mövzusu “Kitabi-Dədə Qorqud” dastanının dərinində miflə yazının müna­si­bət­lə­ri­nin araşdırılmasından ibarətdir.

Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poeti­ka­sına giriş” (Bakı, 2017) monoqrafiyası dünya kulturoloji fikrinin kon­teks­tin­də yazılmış bir əsər kimi bu cilddə xüsusi yer tutur. Bu dərin elmi tədqi­qat əsə­ri rus dilinə tərcümə edilərək “Введение в поэтику “Китаби-Деде Коркуд” (Москва, Художественная литература, 2018) adı ilə Rusiyada, türk dilinə çevrilərək “Dede Korkud Kitabı” Poetikasına Giriş” (İstanbul, Ötüken Basınevi, 2020) adı ilə Türkiyədə nəşr edilib.

Bu cildin son bölümünü təşkil edən məqalələr də birbaşa “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı Kamal Abdullanın müxtəlif illərdə yazıb ölkəmizdə və xaricdə çap etdirdiyi dastan mətninin ayrı-ayrı problemlərindən bəhs edən elmi və elmi-populyar tədqiqlərdir.

Xalq yazıçısı Kamal Abdullanın çoxcildliyinin müxtəlif cildlərinə daxil edilən “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında yazılmış şeirlər, kiçik poemalar, esselər, hekayələr, romanlar, pyeslərlə yanaşı, bu isti­qamətdə namizədlik və doktorluq dissertasiyalarına rəhbərlik etməsi, Qor­qudşünaslıqla bağlı məruzələri, müsahibələri də, əslində, müəllifin dəyərli “Qorqudnamə”sinə daxil edilə bilər. Deməli, “Qorqudnamə” bu gün də davam edir desək, səhv etmərik. Məhz buna görə Kamal Abdullanın Qorduqşünaslıq istiqamətindəki titanik fəaliyyətini yüksək dəyər­ləndirən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1999-cu ildə Azərbaycan xalqının mühüm tarix və mədəniyyət abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanının tədqiqindəki xidmətlərinə görə ona “Azər­baycan Respublikasının əməkdar elm xadimi” fəxri adını verib.

Tarix
2020.11.19 / 09:54
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla