Yuxarı

Səfəvilərin Hindistan sultanlıqları ilə əlaqələri...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfəvilərin Hindistan sultanlıqları ilə əlaqələri...

AMEA Tarix İnstitutunun elmi-tədqiqat planına uyğun olaraq, qurumun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Tofiq Nəcəflinin “Azərbaycan Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə əlaqələri” kitabı çap olunub.

Tarix İnstitutundan Kult.az-a bildirilib ki, qurumun Elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru, layihə rəhbəri və “Ön söz”ünün müəllifi akademik Yaqub Mahmudovdur.

Monoqrafiyada Azərbaycan Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə qarşılıqlı əlaqələri tarixşünaslığımızda ilk dəfə olaraq tədqiq edilib. Əsərdə XV əsrin sonlarında Hindistanın Dekan bölgəsində yaranan Adilşahlar, Nizamşahlar və Qütbşahlar dövlətləri barədə geniş məlumat verilib. Müəllif əsərində Səfəvi dövlətinin Dekanın türk-müsəlman sultanlıqları ilə qarşılıqlı əlaqələrini ilkin mənbələrdən və elmi ədəbiyyatdan istifadə edərək tədqiq edib. Nəşrdə Səfəvilərin bəhs olunan türk-müsəlman sultanlıqları ilə qarşılıqlı əlaqələr tarixinə dair zəngin faktik materiallar verilib.

Kitabda ilk dəfə olaraq Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə qarşılıqlı siyasi-iqtisadi əlaqələrinin yaranması və inkişafı nəzərdən keçirilib və bu əlaqələrin inkişafına təsir göstərən amillər təhlil edilib. Müəllif əsaslandırır ki, Səfəvilərin Dekanın türk-müsəlman sultanlıqları ilə siyasi və diplomatik əlaqələri ilə yanaşı, sıx iqtisadi münasibətləri də mövcud olub. Səfəvi dövlətinin Dekan sultanlıqları ilə iqtisadi əlaqələrində dəniz yolu əsas ticarət marşrutu idi.

Monoqrafiya tarixçilər, Azərbaycan Səfəvi dövlətinin xarici siyasət tarixini öyrənən tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, Tofiq Nəcəflinin bundan əvvəl “Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında”, “Qaraqoyunlular və Ağqoyunlular”, “Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri”, “Səfəvi-Osmanlı münasibətləri” və “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” monoqrafiyaları çap olunub.

Tarix
2020.12.05 / 17:41
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla