Yuxarı

Erməni liderin qalmaqallı kitabı Təbrizdə nəşr olundu - Video

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni liderin qalmaqallı kitabı Təbrizdə nəşr olundu - Video

İranda erməni “soyqırımı”nın saxta olduğunu sübut edən kitab nəşr edilib.

Kult.az Teleqraf.com-a istinadla xəbər verir ki, Səccad Zeynallının tərcüməsində Ermənistanın ilk baş naziri Hovannes Kacaznuninin 1923-cü ildə hesabat xarakterli yazdığı “Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur” əsəri Təbrizdə işıq üzü görüb.

1918-1919-cu illərdə 13 ay müddətində Ermənistanın baş naziri olan H.Kacaznuni erməni silahlı qruplarının bir çox fəaliyyətinə yaxından şahid olub. Kitabın müəllifi I Dünya müharibəsi dövründə və sonrakı illərdə erməni siyasi və hərbi rəhbərliyi haqqında geniş bilgilərə malik olduğu üçün əsər günümüz baxımından da aktualdır.

Kitabda erməni silahlı birləşmələrinin yaranması ilə bağlı əsaslı tənqidlər yazılıb, 1915-ci ildə “erməni soyqırımı”nın törədilməsi inkar edilib. Ermənilərin türklərə müharibə elan etməsi və Osmanlı dövlətinin özünümüdafiə üçün müəyyən addımlar atması qeyd olunub.

Kacaznuniyə görə, I Dünya müharibəsi dövründə ermənilər Rusiyanın onlara müstəqil və ya muxtar dövlət verəcəyi vədinə aldanaraq Osmanlıya üsyan qaldırıb, özlərini Rusiyaya təslim ediblər.

Kitab “erməni soyqırımı” məsələsini aydınlaşdırmaqla bərabər dövrü tədqiq edən tarixçilər üçün qiymətli mənbədir.

Tarix
2020.12.28 / 01:11
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla