Yuxarı

Savaş sonrası Azərbaycan... – Avşarla Paşayeva canlı yayımda

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Türk Ədəbiyyatı Vəqfinin ənənəvi “Çərşənbə söhbətləri”nin qonaq olub.

Kult.az xəbər verir ki, tanınmış yazar-tərcüməçi İmdat Avşarın aparıcısı olduğu onlayn söhbətdə “Savaşsonrası Azərbaycanda mədəniyyət və ədəbiyyat həmlələri” mövzusu müzakirə edilib.

Qənirə Paşayeva çıxışında bir sıra önəmli məqamlara toxunub, çağırış edib:

“44 günlük Vətən müharibəsində Türkiyənin qəlbinin Azərbaycanla bir vurması bizim üçün, döyüşən əsgərlərimiz üçün böyük bir hadisəydi. İnşallah, iyun ayında Şuşada "Xarı bülbül" festivalını, payızda isə Vaqif Poeziya Günlərini keçirəcəyik. Azərbaycan Prezidenti Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Həmçinin 2021-ci il cənab Prezident tərəfindən Azərbaycanda Nizami İli elan olunub. Bütun bunlar savaşsonrası mədəniyyət, ədəbiyyat aləminidə ilkin ən önəmli hadisələrdir. Həmçinin Qarabağın azad edilməsinə, qəhrəmanlarımıza, şəhidlərimizə onlarla əsərlər həsr olunub. Qəhrəmanlarımızın rəsmləri, büstləri, heykəlləri hazırlanıb, vətənpərvərlik şeirləri yazılıb, musiqilər bəstələnib. Bu planda, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən əsərlərin araya-ərsəyə gətirildiyini də özəlliklə vurğulaya bilərik. Ayrıca, türkiyəli müəlliflər öz əsərlərində qardaşlıq duyğularını, Azərbaycan sevgilərini xüsusi məhəbbətlə əks etdiriblər. Onu da əlavə edim ki, müharibə dönəmində türk ölkə və topluluqlarından olan yazarlar, sənət adamları dəfələrlə Azərbaycanı müdafiə xarakterli açıqlamalarla çıxış etdi.

Bir daha Azərbaycanın haqlı davasını müdafiə edən hər kəsə könül dolusu təşəkkürlər!

Azərbaycanın şəhidi Türkiyənin şəhidi sayıldığı kimi, biz də Türkiyənin şəhidini bizim şəhidimiz bilirik. Məşhur kəlamı bir başqa şəkildə təkrarlamaq istərdim: Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir.

Biz inanırıq ki, Şuşa həm türk dünyasının, həm də islam dünyasının mədəniyyət paytaxtı statuslarına da yiyələnəcəkdir.

Mən Türkiyədən yazar və aydın qardaşlarımızı mədəniyyət paytaxtımızda görməkdən şad olacağımızı bir daha bildirmək istərdim”.

TƏV-in Yutub, Feysbuk, Tvitter hesabından canlı yayınlanan “Çərşənbə söhbəti”ndə Vəqfin qurucusu Əhməd Kabaklı vəfatının 20-ci ildönümündə ehtiramla anılıb.

Söhbət iştirakçıları Qarabağdakı tarixi-mədəniyyət abidələrinin mövcud durumuna da diqqət çəkib, işğalın izlərinin, erməni vandallığının gələcək nəsillərin görməsi üçün uyğun bir şəkildə tədbirlər alınmasının düzgün yanaşma olduğunu deyib.

Tarix
2021.02.07 / 22:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla