Yuxarı

Türk jurnalı Kamal Abdullaya həsr olundu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk jurnalı Kamal Abdullaya həsr olundu

Türk Ədəbiyyat Vəqfinin nəşri olan “Türk ədəbiyyatı” jurnalının xüsusi buraxılışı xalq yazıçısı Kamal Abdullanın 70 illik yubileyinə həsr olunub.

Kult.az xəbər verir ki, jurnalda xalq şairi Ramiz Rövşənin Kamal Abdullaya həsr etdiyi “Bir ovuc suda”, Rüstəm Behrudinin həsr etdiyi “Təkbaşına adam” şeiri, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatında postmodernizmin qurucusu və xalq yazıçısı: Kamal Abdulla”, Əhməd B.Ərculasunun “Kamal Abdullanın 70 yaşına”, Əli Duymazın “Qılbaşın semantik boşluğu”, professor Jalə Qəribovanın “Var ilə yox arasında: Kamal Abdullanın əsərlərində “yox “ ontologiyasına qısa baxış”, Lyudmila Lavrovanın “Sonuna qədər söylənməmiş sözün sehri”, Hendrik Beoshotenin “İki yarımçıq əlyazma-qarşılaşdırma”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Ədəbiyyatda Kamal Abdulla”, Maks Statkiyeviçin “Kamal Abdullanın “Yarımçıq əlyazma”sından yarımçıq əlyazmaya doğru: yazı əfsanəyə qarşı”, Ramazan Qorxmazın “Dədə Qorqudun çağdaş üzü: Kamal Abdulla”, Fatih Kəskinin “Yarımçıq əlyazma”, Beyrəyin mətnlərarası əlaqəsi”, Elçin İbrahimovun “Kamal Abdulla: Qorqudşünaslıq dərsləri”, Rukiyə Boran Kayanın “Unutmağa kimsə yox” romanına dair məqalələri dərc edilib.

Jurnalda Kamal Abdullanın “İnan ona”, “Ölü quş olub daş kimi düşsəm”, “O gün”, “Unutmağa kimsə yox”, “Sən yenə yoxsan” və s. şeirləri də yer alıb.

Eyni zamanda “Türk ədəbiyyatı” jurnalının xüsusi buraxılışındakı “Nə dedilər?” bölməsində Umberto Eko, Franko Kardini, Klod Aliber, Anar, Yuli Polyakov, Həsənağa Turabov, Ramiz Rövşən, İrfan Ülkü və başqalarının Kamal Abdullanın yaradıcılığı haqqında fikirləri də yer alıb.

Tarix
2021.02.09 / 14:48
Müəllif
Kult.az
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla