Yuxarı

Nəriman Həsənzadəyə həsr olunan poeziya axşamı... - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəriman Həsənzadəyə həsr olunan poeziya axşamı... - Foto

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Daş Salahlı kənd 1 saylı kitabxana filialı xalq şairi Nəriman Həsənzadənin 90 illiyinə həsr olunmuş “Zəriflik və saflıq şairi” adlı onlayn poeziya axşamı keçirib.

Kult.az xəbər verir ki, tədbirdə MKS-nin direktoru Solmaz Babanlı, Azərbaycan beynəlxalq radiosunun redaktoru, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, AYB-nin Qazax bölgə filialının ədəbi məsləhətçisi, şair Mustafa Rasimoğlu, BDU-nun və Sosial-İqtisad Kollecinin Qazax filialının tələbələrindən bir qrup iştirak edib.

Kitabxana filialın əməkdaşı Hicranə Məmmədova Nəriman Həsənzadə yaradıcılığının rəngarəng olduğundan, lirikasının saflığından, zərifliyindən danışıb.

MKS-nin direktoru Solmaz Babanlı və digər çıxış edənlər Nəriman Həsənzadənin tarixi dramlarını, epik poemalarını, insan ömrünün bir anını tarixi bir hadisə kimi qiymətləndirməsini qeyd ediblər.

Tədbirin qonağı, tanınmış yazıçı və media eksperti Natəvan Dəmirçioğlu qeyd edib ki, Nəriman Həsənzadə “Bu dünyanın gözəl vaxtı, Poyluda qaldı, Göy üzündən ulduz axdı, Poyluda qaldı” deyir:

“Mənim də rəngli uşaqlıq dünyam Qazaxda, Daş Salahlıda qalıb. O səbəbdən sizinlə hər görüş bayramdır. Bu gün Nəriman müəllimin 90 illiyi isə əsl poeziya bayramıdır bizimçün. “Zəriflik və saflıq şairi Nəriman Həsənzadənin çox adi bir ömürlüyü var, amma Nəriman müəllim qeyri-adi şairdir, qeyri-adi insandır. Onun şair böyüklüyü sadəliyindədir”.

Sonda tədbir iştirakçıları Prezident İlham Əliyev tərəfindən yubileyi münasibətilə “İstiqlal” ordeni ilə təltif edildiyinə görə şairi təbrik edib, ona can sağlığı, uzun ömür arzulayıblar. Tələbələr və fəal oxucular sevimli şairin şeirlərini söyləyiblər.

Tarix
2021.02.18 / 23:26
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentin Qəzza çıxışına Türkiyə xalqından dəstək... - Foto

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir

MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto

Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür

Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət

ABŞ beynəlxalq hüququ məhv etdi: Hamı başlayacaq...

BMT-nin Azərbaycandakı müvəqqəti rezidenti bu şəxs olacaq

İranla Rusiyanın təzyiqi və Əliyevin cavabı!

Azərbaycanın sayəsində 100 milyon dollar qənaət edəcəyik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla