Yuxarı

Zaur Əliyevin yeni kitabı: Uydurma soyqırım ifşa edilir

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaur Əliyevin yeni kitabı: Uydurma soyqırım ifşa edilir

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyevin "Qondarma erməni soyqırımı ABŞ-Türkiyə münasibətlərində" adlı kitabı "Elm və təhsil nəşriyyatı" tərəfindən çap edilib.

Kult.az xəbər verir ki, müəllifin sayca 16-cı kitabı olan yeni araşdırma XIX əsrin sonundan başlayaraq müasir dövrə qədər olan erməni iddialarının əsas səbəblərini və ABŞ-Türkiyə münasibətlərini tədqiq edir. Bu gün tarixi həqiqətlərin üzə çıxarılmasına, gizli arxiv sənədlərinin araşdırılmasına, görkəmli tarixçilərin və antik alimlərin fundamental əsərlərində göstərilən faktların dünya ictimaiyyətinə çatdırılmasına çox böyük ehtiyac vardır. Dünyaya özünü “məzlum xalq” kimi tanıtmağa çalışan ermənilər hər yerdə geniş təbliğat apararaq uydurma “erməni soyqırımı”nın tanınmasına cidd-cəhd etmişlər və bu gün də bu yolda yorulmadan çalışırlar.

Məlumdur ki, SSRİ-nin süqutu dünyada köklü dəyişikliklərə gətirib çıxardı və nəticədə ABŞ yeganə fövqəldövlət oldu. Bu reallığın fonunda dünya ölkələri arasında inteqrasiya prosesinin fəallaşması meyli getdikcə güclənir. Hərçənd ki, zahirən həmin proses bu və ya digər beynəlxalq təşkilat, transmilli inkişaf proqramları çərçivəsində (və yaxud onların nəzarəti altında) həyata keçirilir, əslində isə o, mütləq ABŞ-ın təsiri ilə gedir. Ermənilər tarix boyu müxtəlif yalanlar uyduraraq ayrı–ayrı adamları, dövlət və hökumət rəhbərlərini inandırmağa çalışmış, qondarma “erməni soyqırımı”nı qəbul etdirməyə cəhdlər etmiş, bəzən də istədiklərinə nail ola bilmişlər. Ancaq erməni yalanları ayaq tutsa da, yeriməmiş, sonralar ifşa olunmuşdur. Ermənilərin tarixi yalanlarının ən çox yayıldığı ölkə ABŞ-dır. Məhz ABŞ-Türkiyə münasibətlərində erməni diaspor və lobbisinin fəaliyyəti, uydurma “soyqırımın” tanıdılması istiqamətində gördükləri işin tədqiq edilməsi mühüm əhəmiyyət kəsb edir.

Kitabda “erməni məsələsi”nin meydana gəlməsi, iri dövlətlərin Osmanlı siyasəti, Anadoluda erməni qiyamlarının törədilməsi, ermənilərin Osmanlı dövlətinin parçalanmasında iştirakı, dinc türk əhalisinin erməni millətçi ekstremistləri tərəfindən qətlə yetirilməsi, ermənilərin “soyqırım” iddiaları və pərdəarxası məqamları faktoloji materiallar əsasında təhlil edilir.

Kitabın rəyçiləri ABŞ və Ukrayndada yaşayan diaspor fəalları, redaktorları psixologiya üzrə elmlər doktoru, dosent İmdad Bayramov və jurnalist İlqar Atayevdir.

Tarix
2021.08.04 / 16:20
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla