Yuxarı

Bu mövzuda ilk kitab: ADU-da təqdimat keçirildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu mövzuda ilk kitab: ADU-da təqdimat keçirildi

Martın 10-da Azərbaycan Dillər Universitetində “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, ADU-nun Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadə tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb, çap olunan kitab haqqında qonaqlara qısa məlumat verib.

ADU-nun rektoru, akademik, kitabın ideya müəllifi və elmi redaktoru Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabı öz əhəmiyyəti və aktuallığı ilə seçilir. Kitabda müasir dünyanın multikultural dəyərləri, Azərbaycanın mədəni müxtəlifliyi “Azərbaycançılıq” ideologiyasının formalaşması, xalqların mədəniyyət, dil, inanc, ədəbi-bədii və fəlsəfi düşüncələrində öz əksini tapır:

“Təqdim olunan kitab həm Azərbaycan, həm də dünyada “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” mövzusunda ərsəyə gəlmiş ilk kitabdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabından sonra “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının nəşri mədəniyyətimizin və təfəkkür tərzimizin multikulturalizm aspektindən bir-birini izləməsinə şərait yaradır”.

Azərbaycan multikulturalizm modelinin əhəmiyyətindən danışan rektor bir sıra mövzular ətrafında dərin elmi-fəlsəfi araşdırmaların aparıldığını söyləyib: “Biz qalib xalq kimi, həm də qalib ölkənin necə bir mədəniyyətə sahib olduğunu bütün dünyaya göstərməliyik. Bu bizim bütün sahələrdə gördüyümüz işlərdə öz əksini tapmalıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir. Dövlət siyasətimizin bir istiqaməti olan bu hərəkatı, prosesi bütün dünyaya çatdırmalıyıq. Hamı bilməlidir ki, Azərbaycan xalqı mənəvi cəhətdən necə zəngin bir xalqdır, multikultural əhval-ruhiyyə onun canında və qanında necə yaşayır və Ulu Öndərimizin əsasını qoyduğu multikulturalizm hərəkatı bu gün də Azərbaycanda müxtəlif nəsilləri, zümrələri, konfessiyaları, milli icmaları özündə birləşdirir. Ulu Öndərimizin dediyi kimi: Azərbaycanda yaşayan bütün xalqların gücü bütövlükdə Azərbaycanın gücünə çevrilir”, – deyən Kamal Abdulla qeyd edib ki, Azərbaycan multikulturalizmi fənni bir neçə Avropa ölkəsində və Şərq ölkələrində tədris olunur”.

Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun direktoru, fəlsəfə elmləri doktoru, kitabın həmmüəllifi İlham Məmmədzadə, Azərbaycan İlahiyyat İnstitunun rektoru, İlahiyyat üzrə fəlsəfə doktoru, kitabın həmmüəllifi Aqil Şirinov, fəlsəfə elmləri doktoru, kitabın həmmüəllifi Sakit Hüseynov, kitabın həmmüəllifləri Əhməd Qəşəmoğlu, Əli Fərhadov və Rəşad İlyasov kitabla bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, kitab Azərbaycan multikulturalizmi üçün böyük töhfə hesab olunur.

Tədbir müzakirələrlə davam edib.

Tarix
2022.03.10 / 18:05
Müəllif
Kult.az
Digər xəbərlər

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla