Yuxarı

Mirələmovun “Ənvər Paşa” romanını mən yazmışam

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirələmovun “Ənvər Paşa” romanını mən yazmışam

Hüseynbala Mirələmovun imzasıyla çap olunan “Ənvər Paşa” romanını mən yazmışam.

Kult.az xəbər verir ki, bu iddianı tanınmış şair, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri Sərvaz Hüseynoğlu səsləndirib.

O bildirib ki, bütün akademiklər əsəri bəh-bəhlə, bir-birinə aman vermədən tərifləyir, amma öz imzamla çap etdirdiyim əsərlər haqqında bir cümlə yazan yoxdu.

S.Hüseynoğlunun bu iddiasına Hüseynbala Mirələmov dərhal cavab verib. O deyib ki, bu, indiyə qədər eşitdiyi ən həyasız yalandır:

“Əvvəla, Sərvaz Hüseynoğlunu şəxsən tanımıram. İkincisi, insan necə ağır bir psixi pozuntudan əziyyət çəkməlidir ki, tanınmış bir yazıçının əsərinə belə iddia irəli sürsün?!”

H.Mirələmovun sözlərinə görə, “Ənvər Paşa” romanının üzərində işləyəndə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın xahişi ilə əsərdən bir hissəni çap etmək üçün 2020-ci ilin noyabrında sözügedən qəzetə yollayıb:

“Görünür, qəzetə gələn materiallara “müştəri gözü”ylə baxan adıçəkilən şöbə müdiri elə həmin vaxt özlüyündə bu qərara gəlib ki, yaxşı ələ keçirilməli materialdır, amma bu oğurluğu həmin vaxt bacara bilmədiyinə görə, aradan iki il keçəndən sonra Azərbaycanda və Türkiyədə uğur qazanmış əsərimi öz adına çıxmaq kimi bir həyasızlığa cəsarət edib.

“Ənvər Paşa” romanımın uğurundan necə həsədə qapılıbsa, anidən ağlını qaçırıb. Buna başqa ad tapmıram! Halal müəlliflik hüququmu qanuni yolla müdafiə edəcəyəm və yazıçı nüfuzuma xələl gətirmək cəhdinə görə Sərvaz Hüseynoğlunu məhkəməyə verməyi düşünürəm”.

Qeyd edək ki, H.Mirələmovun başqalarına sifarişlə əsərlər yazdırıb, öz adına dərc etdirdiyi haqda iddialar ilk dəfə deyil səsləndirilir.

Tarix
2022.05.30 / 22:59
Müəllif
Kult.az
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla