Yuxarı

"Laokoon… Laokoon" Almaniyada dərc edildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Laokoon… Laokoon" Almaniyada dərc edildi

Xalq yazıçısı Kamal Abdullanın "Laokoon… Laokoon" romanı Almaniyada nəşr olunub.

Bu haqda Kult.az-a məlumatı kitabın redaktoru, Almaniyada yaşayan yazıçı-tərcüməçi Orxan Aras verib. O bildirib ki, romanı alman dilinə türkoloq Karl Hermann Keyhlin tərcümə edib.

Almaniyanın “Pem” nəşriyyatı tərəfindən çap olunan kitab “Amazon” və “Thalia” kimi böyük internet satış saytlarında oxuculara belə təqdim edilib:

"Laokoon və ya roman kimi roman. Alman oxucuları ustad yazıçı Kamal Abdullanı “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” əsərlərindən tanıyırlar. Bu əsərdə o, oxucuları indiki vaxtdan götürərək mifoloji səyahətə aparır. Romanda keşiş Laokoon troyalılar tərəfindən ciddi qəbul edilmədiyi üçün onların müharibədəki məğlubiyyəti bu günə qədər gətirilir. Vaqifin sevgilisi Firəngiz isə az qala Dədə Qorqud dastanının qəhrəmanı Banuçiçəklə eyni aqibəti yaşayacaq. Əsrlərin süzgəcindən keçmiş sevgi, qısqanclıq və nifrət hisslərinin paralelləri romanda ustalıqla işlənib. Əsərləri rus, türk, ingilis, italyan, yapon, fransız, ispan, polyak, portuqal, və s. dillərdə nəşr olunan ustad yazıçı Kamal Abdulla son romanı ilə oxucuların rəğbətini qazanıb".

Orxan Aras əlavə edib ki, “Laokoon… Laokoon” kitabının təqdimatı üçün yazıçının Almaniyaya səfəri planlaşdırılır.

Qeyd edək ki, Orxan Aras romanı türkcəyə də tərcümə edib. Kitab yaxın vaxtlarda Türkiyədə nəşr olunacaq.

Tarix
2022.06.20 / 10:26
Müəllif
Kult.az
Digər xəbərlər

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla