Yuxarı

“İrəvandan Zəngəzuradək...” təqdim edildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İrəvandan Zəngəzuradək...” təqdim edildi

“Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək" kitabının təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc, mədəniyyət naziri Anar Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli və millət vəkilləri iştirak edib.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ərsəyə gətirilən kitabda tarixi və geosiyasi vəziyyət, Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinə yer verilib.

Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bildirib ki, kitabla bağlı aparılan tədqiqatlar Qərbi Azərbaycandakı maddi-mənəvi irsimizin mühüm bir hissəsi haqqında məlumat əldə etmə imkanı yaradıb.

O qeyd edib ki, bu tədqiqat Ermənistan ərazisindəki tarixi torpaqlarda azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesinin bugünkü cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkanı verir:

“Tədqiq edilən 244 abidədən 133-ü dağıdılıb, 51-i xaraba qalaraq erməniləşdirilib, yararlı qalan 58 abidə erməniləşdirilib, yararlı qalan 1 kilsə erməni kilsəsinə çevrilib, yararlı qalan 1 məscid isə fars məscidi kimi təqdim olunur. Abidələrdən 49 ziyarətgah, 40 məscid, 38 qəbirüstü abidə, 15 məbəd, 13 qala, 19 alban kilsəsi, 13 karvansara, 8 türbə, 6 etnoqrafik-arxeoloji abidə, 6 günbəz, 5 qəbirüstü heykəl, 5 körpü, 3 məqbərə, 3 sərdabə, 3 arxeoloji abidə, 3 daşüstü yazı, 2 mədrəsə, 2 məhəllə, 2 imarət, 9 qayaüstü təsvir, qədim yaşayış məskənləri haqqında yerli və xarici mənbələrdən toplanan məlumatlar tərəfimizdən aparılan tədqiqat nəticəsində ilk dəfə aşkar edilərək mövcud siyahıya əlavə olunub. Həmin siyahı daha da təkmilləşdirilib. Eyni zamanda, tədqiqat nəticəsində əvvəlcədən mövcud olan məlumatlar da yeni istinad və mənbələr əsasında yenidən işlənərək zənginləşdirilib, kitab kimi nəşrə hazır vəziyyətə gətirilib".

Zahid Oruc əlavə edib ki, kitabın bir neçə cilddə nəşri nəzərdə tutulur.

Tarix
2022.07.04 / 11:06
Müəllif
Kult.az
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla