Yuxarı

İki şairimiz beynəlxalq tədbirdə

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki şairimiz beynəlxalq tədbirdə

Tatarıstanın paytaxtı Kazanda "Türkcənin Uluslararası Şeir Şöləni"nin 11-ci toplantısı keçirilir.

Axar.az-ın tədbirdə iştirakçı olan əməkdaşının verdiyi məlumata görə, oktyabrın 1-dən 4-ə qədər keçiriləcək Türkiyə Yazarlar Birliyi (TYB) tərəfindən düzənlənən "Türkcənin Uluslararası Şeir Şöləni"nin 11-cisinə TYB başqanı professor Hicabi Kırlanqıçın imzası ilə bütün türk dünyasından və dünyanın ayrı-ayrı ölkələrindən şairlər dəvət olunub. Azərbaycan şairləri Faiq Balabəyli və Əkbər Qoşalı da dəvət olunanlar arasındadır. Şairlərimiz sentyabrın 30-da Tatarıstanın paytaxtında olublar. Elə həmin gün Tatarıstanda fəaliyyət göstərən Azərbaycan diaspor üzvləri ilə şairlərimizin görüşü keçirilib. Görüşdə Azərbaycan ədəbiyyatının bu günü, ədəbi nümunələrimizin ölkəmizdən kənarda yayımlanması istiqamətində söhbətlər aparılıb.

Kazanda keçirilən 11-ci Uluslararası şeir şöləninin türk xalqlarının ədəbiyyatı, mədəniyyəti qarşısında böyük işlər görə biləcəyindən bəhs olunub. Şeir şöləninin rəsmi açılışı bu gün Tatarıstan Yazarlar Birliyinin və Tatarıstan Mədəniyyət Nazirliyinin iştirakı ilə olacaq.

Qeyd edək ki, tədbir ilk dəfə 1992-ci ildə Bursada, sonra Alma-Atı (Qazaxıstan), Aşqabad (Türkmənistan), Girnə (QKTC), Strasburq (Fransa), Ağməscid (Simferopol – Krım), Üsküp (Makedoniya), Bakı (Azərbaycan), Prizren (Kosova) və Bişkekdə (Qırğızıstan) gerçəkləşdirilib.

Tarix
2015.10.01 / 17:30
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla