Yuxarı

Bakıda qazax şairin xatirəsi yad edildi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qazax şairin xatirəsi yad edildi - Foto

Bu gün türk dünyasının tanınmış fəlsəfi fikir adamı Abay Kunanbayevin 177 yaşı tamam olur. Bu münasibətlə Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdukərimov azərbaycanlı abayşünaslar və abaysevərlərlə görüş keçirib. Abay Kunanbayevin Binəqədi rayonunda adını daşıyan küçədəki memorial lövhənin qarşısında xatirəsi böyük ehtiramla yad edilib.

Kult.az xəbər verir ki, qazaxıstanlı diplomat Serjan Abdukərimov qazax xalqının Abay Kunanbayevlə fəxr etdiyini, onun ədəbi irsinin bu gün qazax xalqı üçün mənəvi istinad yeri olduğunu söyləyib. Eyni zamanda qeyd edib ki, Abayın ədəbi irsi bütün türk dünyası üçün önəmlidir. Abay yaradıcılığı bütün türkdilli xalqları, ölkələri bir-biri ilə dost edib.

O, eyni zamanda qardaş Azərbaycan xalqına Abay şəxsiyyəti və Abay irsinə göstərdiyi diqqətə, sevgi və hörmətə görə minnətdar olduğunu bildirib. Abayın əsərlərinin son illərdə Azərbaycanda, Türkiyədə, Özbəkistanda çap olunmasının türk dövlətlərinin birliyi yolundakı əhəmiyyətindən, Abayın təkcə türk xalqlarına deyil, bütün insanlığa məxusus olduğundan danışıb.

Görüşün ikinci hissəsi Bakının Dənizkənarı Bulvarında qurulan Qazax çadırında davam edib. Tanınmış azərbaycanlı tarixçi, publisist və teoloq Teymur Atayevin “Abay möhtəşəmliyi və XXI əsrin fəlsəfi fikir adamının portretinin yaranmasına cəhd” kitabının təqdimatı olub. Tədbirin musiqili hissəsində Abay Kunanbayevin sözlərinə yazılmış mahnılar və musiqilər səslənib. İtaliyanın Turin şəhərində təhsil alan həmyerlimiz Əli Övsəl dombrada Abay musiqilərini ifa etdi.

Qazax çadırında qonaqlar Qazaxıstanın görməli yerləri, iqtisadiyyatı, mədəniyyəti və tarixinə aid məlumat sərgilərinə baxıblar. Eyni zamanda Qazax çadırının necə qurulması və əhəmiyyəti haqqında qonaqlara məlumat verilib. Qazax süfrəsinin təamları təqdim olunub.

Tarix
2022.08.10 / 19:34
Müəllif
Kult.az
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla