Yuxarı

Paşayeva Özbəkistanda aydınlarla görüşdü

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva Özbəkistanda aydınlarla görüşdü

Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Özbəkistanın paytaxtı Daşkənd şəhərində 17 oktyabrda başlamış “Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində özbək aydınları, araşdırmaçı-yazarları və ictimai fəalları ilə görüşüb.

Kult.az xəbər verir ki, millət vəkili görüşlərdə Şuşadan danışıb, Şuşanı yalnız Azərbaycanın deyil, Türk-İslam dünyasının mədəniyyət paytaxtı kimi xarakterizə edib, ötən ildən Azərbaycanın rəsmən Mədəniyyət paytaxtı styatusunu qazanmış şəhərin 2023-cü ildə Türk dünyasının, gözlənidliyi kimi, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı olacağını bildirib.

“Çox təəssüflər ki, Şuşa işğal altında olduğu 28 il içində Ermənistan orada Azərbaycan, Türk-islam izlərini, mədəni irsimizi silmək üçün çalışıb. Dağlar incisinin ərazisində yerləşən bir çox mədəniyyət və tarixi abidəni məhv edən, özgələşdirən ermənilər vandallıq edib və dünya buna göz yumub.

Şuşanın uzun illər işğalda qalması yalnız Azərbaycanın deyil, bütün Türk-İslam dünyasının ortaq itkisidir.

Biz indi Şuşanı yenidən qurur, vandalizm izlərini silir, şəhərin yaralarını sarıyırıq. Şuşa artıq beynəlxalq tədbirlərin, konfrans və simpoziumların, mədəniyyət tədbirlərinin sıx-sıx keçirildiyi ünvana çevrilib. “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri və b. bu qəbildəndir”, - Paşayeva qeyd edib.

Müzakirələrdə Komitə sədrinin rəhbərliyi ilə Bakıdan gedən nümayəndə heyəti də iştirak edib.

Tarix
2022.10.18 / 22:27
Müəllif
Kult.az
Digər xəbərlər

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla