Yuxarı

Ağasıoğlunun 30 ildir üzərində işlədiyi kitab...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun 30 ildir üzərində işlədiyi doqquz cilddən ibarət “İslamöncəsi Türk Tarixi” adlı ensiklopediya elmi ictimaiyyətə təqdim olunub.

Kult.az xəbər verir ki, türk dünyasının tarixinə olduqca böyük töhfə ola biləcək, Anadolu və Azərbaycanda türk xalqlarının keçmişi ilə bağlı müxtəlif manipulyasiyalara birdəfəlik son qoyacaq ensiklopediya İstanbulda nəşr edilib.

Təqdimat mərasiminin moderatoru, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı ensiklopediya haqqında fikirlərini söyləyib. O, kitabın Azərbaycan və bütövlükdə türk dünyası üçün qiymətli bir töhfə olduğunu qeyd edib:

«Firudin bəylə bizi uzun yol, əqidə, məsləhət yoldaşlığı birləşdirir. Onun yaradıcılığına uzun illərdir bələdəm. O, bu kitablarda “iynə ilə gor qazıb”. Bütün xəritələri özü hazırlayıb, türk tarixi ilə bağlı hər şeyi üzə çıxarıb, bu araşdırmalara “türk” adının çəkilməsinin yasaqlandığı vaxtdan başlayıb. Firudin Ağasıoğlu türk tarixinə baxışı dəyişdirib. O, bu kitabında türk tarixi ilə bağlı bütün yanlış məqamlara aydınlıq gətirib".

“İslamöncəsi Türk Tarixi” ensiklopediyası haqqında danışan müəllif 30 ildir Urmu nəzəriyyəsi üzərində işlədiyini deyib. Professorun sözlərinə görə, bu əsər həmin araşdırmaların nəticəsidir:

“İslamaqədərki tarix mürəkkəb məsələdir, çünki qaynaqlar çox azdır. Bu kitabı yazarkən də çox böyük əmək sərf etmişəm. Urmu nəzəriyyəsini araşdırmışam. Bu nəzəriyyə türklərin köçəri xalq kimi Anadoluya və Azərbaycana gəlmələrini irəli sürən baxışların yanlış olduğunu faktlarla sübuta yetirir. 30 illik araşdırmalarımın nəticəsində “İslamöncəsi Türk Tarixi” adlı doqquz kitabdan (9 Bitik) ibarət bu elmi əsər ortaya çıxdı. Kitabı mən yazmışam, onu ictimaiyyətə çatdıran, çap edən isə Mübariz Mənsimovdur. Ona çox təşəkkür edirəm. Kitabın ərsəyə gəlməsində çox adamın əməyi var. Onların hər birinə təşəkkür edirəm".

Daha sonra çıxış edən sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Firudən Ağasıoğlu ilə olan xatirələrini bölüşüb. O, təqdimatı keçirilən ensiklopediyanın türk dünyası üçün böyük əhəmiyyətə malim tam yeni kitablardan ibarət olduğunu bildirib:

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov vurğulayıb ki, türk etnosu ön Asiyadan dünyanın başqa yerlərinə pərvazlanıb. Onun sözlərinə görə, bu konsepsiya Firudin Ağasıoğlunun bütün yazılarında əksini tapıb.
Türk dünyasının tanınmış şairi Rüstəm Behrudi Firudin Ağasıoğlu ilə olan xatirələrindən danışıb, onun yaradıcılığından söz açıb. Həmçinin o, Firudin Ağasıoğluna həsr etdiyi şeiri səsləndirib.

Qeyd edək ki, doqquz cilddən ibarət “İslamöncəsi Türk Tarixi” adlı ensiklopediyası “Palmali” Şirkət Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəstəyi ilə İstanbulda nəşr edilib.

Tarix
2022.11.12 / 22:35
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla