Yuxarı

Sabir Rüstəmxanlının yeni kitabının təqdimatı oldu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabir Rüstəmxanlının yeni kitabının təqdimatı oldu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və "Caspian Event Organisers" şirkətinin təşkilati dəstəyi ilə IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində noyabrın 11-də xalq şairi Sabir Rüstəmxanlının “Ölüm son deyil: tanıdığım Heydər Əliyev” kitabının təqdimatı olub.

Kult.az xəbər verir ki, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı kitabı yazmaqla Azərbaycan xalqının milli azadlıq və müstəqil dövlətçilik uğrunda mübarizəsində görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolunu və misilsiz xidmətlərini baş vermiş ictimai-siyasi hadisələrin və iştirakçısı olduğu proseslərin əsasında obyektiv şəkildə təqdim edib.

Xalq şairi Sabir Rüstəmxanlı Ulu Öndərin şairlərə, yazıçılara hər zaman xüsusi diqqət yetirdiyini qeyd edib.

Bildirilib ki, müəyyən mənada həm də avtobioqrafik toplu olan kitabdakı yazıların tam əksəriyyəti – dialoqlar, çıxışlardan və məktublardan nümunələr konkret faktlar, mötəbər mənbələr əsasında gözəl publisistik yöndə yazılmış xatirələrdən ibarətdir. Burada siyasi, ictimai və ədəbi kuluarlarda olmuş görüşlər xronikal tərzdə deyil, məhz xalqın, millətin və dövlətin taleyində müstəsna rolu olan dahi şəxsiyyətlə bağlı özəl səciyyələndirmələr kimi sırf obyektiv ziyalılıq aspektindən yazılıb.

Qeyd edək ki, xalq şairi Sabir Rüstəmxanlının “Qanun” nəşriyyatında çap edilmiş “Ölüm son deyil” kitabı “Heydər Əliyev İli”nə və Ulu Öndərin əsrlik yubileyinə böyük töhfədir.

Tarix
2023.11.11 / 16:53
Müəllif
Kult.az
Digər xəbərlər

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla