Yuxarı

Zaur Əliyevin “Zəngəzur dəhlizi...” çap edildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaur Əliyevin “Zəngəzur dəhlizi...” çap edildi

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Zəngəzur dəhlizi: geosiyasi reallıqlar və perspektivlər” adlı kitabı çap edilib.

Kult.az xəbər verir ki, kitab “Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizləri”, “Zəngəzur: tarix, deportasiya, siyasət və geosiyasi proseslər” və “Zəngəzur dəhlizi: geosiyasi reallıqlar və beynəlxalq layihələr” başlıqlı mövzuları əhatə edir.

Arxiv sənədləri, yerli və xarici müəlliflərin araşdırmaları, təhlillər və siyasi proseslərdə aparılan danışıqların məzmunu kitabın mənbəşünaslıq bazasını təşkil edir. Kitabın hazırlanması prosesində yerli və xarici ekspertlərlə məsləhətləşmələr aparılıb, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının hesabatlarından istifadə edilib.

Mövzu ilə bağlı kitabda nadir arxiv sənədləri və xəritələr öz əksini tapır.

Təqdim edilən kitab geniş oxucu kütləsi və elmi tədqiqatlar aparan şəxslər üçün dəhlizin geosiyasi əhəmiyyətini və gələcək perspektivlərini təhlil edir.

Qeyd edək ki, bu, müəllifin sayca 22-ci kitabıdır.

Tarix
2023.11.14 / 14:34
Müəllif
Kult.az
Digər xəbərlər

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla