Yuxarı

3 yaşlı qız dünyanın ən gənc yazıçısı kimi tarixə düşdü

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 yaşlı qız dünyanın ən gənc yazıçısı kimi tarixə düşdü

Birləşmiş Ərəb Əmirliklərindən olan üç yaşlı Əl-Maha Rəşid əl-Meyri iki uşaq povestini - "Çiçək" (Flower) və "Bal arısı"nı (Honeybee) nəşr etdirməklə dünyanın ən gənc yazıçısı olub.

Kult.az xəbər verir ki, 24 saat ərzində hər iki kitabının 1000-dən artıq nüsxəsini satan Əl-Maha Rəşid əl-Meyrinin adı Ginnesin Rekordlar Kitabına ən gənc yazıçı (qadın cinsli) kimi düşüb.

Yazıçının hekayələrə və rəsm çəkməyə marağı ona gətirib çıxarıb ki, o, uşaqlar üçün fantastika janrında gözəl, parlaq illüstrasiyalarla müşayiət olunan əhvalatları yazmağı öyrənib.

O öz hekayələrində oxuculara ekoloji prinsiplərin mühümlüyünü çatdırmağa çalışır. Anasının sözlərinə görə, Maha öz yaşıdlarına ətraf mühitin qorunub saxlanmasının vacibliyini aşılamaq istəyir.

Onun böyük bacısı hazırda iki dildə yazılan kitabın nəşri üzrə ən gənc yazıçı, qardaşı isə kişilər arasında ən gənc müəllifdir. Analarının qeyd etdiyi kimi, qardaşı və bacısı Mahanın yazıçılıqla məşğul olmasının əsas səbəbkarlarındandır.

Tarix
2024.01.19 / 01:48
Müəllif
Kult.az
Digər xəbərlər

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla