Yuxarı

“Yad dildə” İranda - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Yad dildə” İranda - Foto

İranda nəşr olunan "Azəri" jurnalında yazıçı Pərviz Cəbrayılın "Yad dildə" romanından bəhs olunub.

Axar.az xəbər verir ki, doktor Hasan Riyazinin (Hasan İldırım) rəhbəri olduğu jurnalda Pərviz Cəbrayılın "Yad dildə" romanı haqda redaktorun yazısı yer alıb.

"Azəri" jurnalı Azərbaycan türkcəsinin qorunması və inkişaf etdirilməsi yolunda böyük işlər görən mərhum güneyli alimimiz Behzad Behzadinin təşəbbüsü ilə 2003-cü ildə yaradılıb. İranda dilimiz və ədəbiyyatımızın təbliğinə xidmət edən jurnalda Azərbaycan ədəbiyyatına aid elmi, bədii yazılar yayımlanır. Jurnal hər fəsildə bir nömrə olmaqla, ildə dörd dəfə nəşr olunur.

Qeyd edək ki, Pərviz Cəbrayılın "Yad dildə" romanı Milli Kitab Mükafatı və III Nəsimi Milli Kitab Müsabiqəsində birincilik qazanaraq böyük maraq doğurub. Pərviz Cəbrayıl 2000-ci ildə nəşr olunan "Öləngi" romanının və "Hər sabah yaşam" (2008) şeirlər kitabının müəllifidir. Yazarın "Hər sabah yaşam" şeirlər kitabı və "Yad dildə" romanı İranda nəşr edilib.

Tarix
2016.03.17 / 13:53
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Trampdan Azərbaycan açıqlaması: Putin buna inana bilmirdi...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla