Yuxarı

Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?

Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın bu həftə İrəvana gözlənilən səfəri erməni ictimaiyyəti tərəfindən geniş müzakirələrə səbəb olub.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, “Hraparak” nəşri Sərdar Kılıçın Ermənistana təyyarə ilə yox, “Alican-Marqara” sərhəd məntəqəsindən keçməklə gələcəyini yazıb.

Nəşr iddia edir ki, xüsusi nümayəndəni İrəvana göndərən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın əsas məqsədi Ermənistan qarşısında yeni tələblər irəli sürmək və onları qəbul etdirməkdir:

“İndiyə qədər Ermənistan-Türkiyə sərhədinin açılması gündəmdə olsa da, bu, baş verməyib. Türkiyə sərhədin açılacağı vədini verərək, Ermənistandan istədiklərini alır. Misal üçün, 2022-ci ildə sərhədin açılacağını dedilər, daha sonra Qarabağda Azərbaycan istədiyinə nail oldu. İndi də Türkiyənin Ermənistandan yeni gözləntiləri var. Səfir Kılıç da buna görə İrəvana gəlir”.

Məqalədə qeyd olunur ki, İrəvanda türkiyəli diplomatın müzakirə edəcəyi əsas məsələ Zəngəzur dəhlizidir.

“Sərhədin açılmasına qarşılıq Türkiyə Zəngəzur dəhlizinin Azərbaycanla birlikdə istədiyi formada açılmasını istəyir. Məlumat var ki, ABŞ nümayəndə heyəti Zəngəzur dəhlizinin hüquqi rejimi ilə bağlı məsələləri müzakirə ermək üçün bu həftə Ermənistana gələcək. Türkiyə də bu danışıqlardan kənarda qalmaq istəmir və səfir Kılıçın səfəri də buna hesablanıb. Məqsəd Zəngəzur dəhlizi adlanan layihənin icrasını Azərbaycan və Türkiyənin şərtlərinə uyğun reallaşdırmağa nail olmaqdır. Ermənistana deyiləcək ki, dəhliz onların istədiyi kimi işləyəcəksə, sərhədlər də açılacaq, əks təqdirdə, bu baş verməyəcək”, - nəşr iddia edir.

Tarix
2025.09.11 / 09:39
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla